SON XƏBƏRLƏR

Amerika dövlət katibi: “İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər”

2021.10.20, 07:36
Amerika dövlət katibi: “İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər”

Gunaz.tv

GünAz TV: İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson bəyan edib.

 

“Prezident Tramp deyib ki, sənədə müvafiq düzəlişlər edəcək və yaxud ləğv edəcək. Biz onun vədini yerinə yetirməyə çalışırıq”, deyə R.Tillerson qeyd edib.

 

Onun sözlərinə görə, İranla nüvə razılaşmasının ləğvinə dair xüsusi qanun yanvarın 8-dən sonra qəbul oluna bilər.

 

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, ABŞ İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir. “Hazırda biz Konqreslə yeni razılaşma və sanksiyaların tətbiqinə dair yeni şərtlər üzərində işləyirik. Biz uzun müddətə hesablanan sazişin tərəfdarıyıq. Əgər İran istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə etsə, ölkəyə qarşı bütün sanksiyalar dərhal bərpa olunmalıdır”, deyə M.Pens qeyd edib.

 

Qeyd edək ki, İran və “altılıq” (Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ) ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.   Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ), ABŞ və Avropa İttifaqının İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar