SON XƏBƏRLƏR

Amerika, Fransa və Rusiya prezidentlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi tapşırığı...

2021.10.20, 07:36
Amerika, Fransa və Rusiya prezidentlərinin Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi tapşırığı...

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları), Fransa və Rusiya prezidentləri həmsədrlərə tapşırıblar ki, münaqişənin sülh yolunun tapılması yolunda çətinlikləri qısa müddətdə dəf etsinlər.

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Azərbaycanın işğal altında olan torpaqlarına səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov və Robert Bradtke fransız həmsədr Bernar Fasienin səfərə qatılmaması jurnalistlərə belə izah ediblər. Jurnalistlər üçün keçirilən brifinqdə həmsədrlər qeyd edib ki, həmsədr ölkələrin prezidentlərinin Kanadada verdiyi bəyanatda münaqişənin sülh yolu ilə həllini zəruriliyi vurğulanır: “Prezidentlər əldə olunan kiçik irəliləyişdən razılığını ifadə edib və tərəfləri münaqişənin sülh yolu ilə axtarışını davam etdirməyə çağırıblar. Prezidentlər xarici işlər nazirlərinə, həmçinin bizə intensiv çalışmağı və sülh yolunun tapılması yolunda çətinlikləri qısa müddət ərzində dəf etməyi tapşırıblar. Ən yaxın hədəfimiz iyulda Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməkdir”. Rusiyalı həmsədr İqor Popov işğal olunmuş ərazilərə səfər zamanı qoşunların təmas xəttində hər iki tərəfin itki verməsi ilə nəticələnən insidentin müzakirə olunduğunu bildirib: “Bu kimi insidentlər sülh prosesinə zərər vura bilər, biz gələcəkdə belə insidentlərin qarşısının alınması üçün hansı tədbirlərin görülməsinin vacibliyini müzakirə etdik”. İqor Popov bu məsələlərin Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə də müzakirə olunacağını deyib. Qeyd edək ki, hazırda həmsədrlər Ermənistandadır. Onlar Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar