SON XƏBƏRLƏR

Amerika Fransanı kəskin tənqid edib- Sanksiyaları pozan iranlını azad etməsinə görə

2021.10.20, 07:36
Amerika Fransanı kəskin tənqid edib- Sanksiyaları pozan iranlını azad etməsinə görə

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları rəsmi Parisi İrana qarşı qəbul edilmiş sanksiyaları pozduğu üçün 1 il öncə Fransada həbs edilmiş iranlı mühəndis Cəlal Ruhullahnejadı azadlığa buraxdığına görə kəskin tənqid edib.

 

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus məsələ ilə əlaqədar yaydığı bəyanatda qeyd edib ki, Fransa ABŞ-la məhkumların mübadiləsi sahəsində imzaladığı anlaşmaya əməl edə bilməyib və bu addımı ilə ədalətin bərqərar olmasına zərər vurub.

 

"Fransanın İran vətəndaşı Cəlal Ruhullahnejadı azad etmək istiqamətində birtərəfli olaraq qəbul etdiyi qərar böyük təəssüf doğurur", - deyə sözçü əlavə edib.

 

Morqan Ortaqus sonda bildirib ki, sözügedən şəxs İrana hərbi məqsədlər üçün istifadə edilən məhsulları ixrac etməkdə günahlandırılır. Bu əməl isə ABŞ-ın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyaları pozmaq anlamına gəldiyindən, cinayət hesab edilir.

 

Xatırladaq ki, keçən həftənin cümə günü İranla Fransa arasında məhkum mübadiləsi baş tutub. Razılaşmaya əsasən, İranda məhkumluq həyatı yaşayan fransalı elm adamı Rolan Marşalın azadlığa buraxılması müqabilində rəsmi Paris də Cəlal Ruhullahnejadı azad edib. Faktı təsdiqləyən Fransa Prezident Aparatı İrandan digər Fransa vətəndaşı Fəriba Adilxahı da azad etməyi istəmişdi.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar