SON XƏBƏRLƏR

Amerika ilə İran arasında müharibə başlayır?

2021.10.20, 07:36
Amerika ilə İran arasında müharibə başlayır?

Gunaz.tv

GünAz TV: İranın Hörmüz körfəzində hərbi təlimlərə başlaması ətrafında gərginlik durmadan artır.

 

İran Hərbi Dəniz Qüvvələrinin təlim keçirdiyi əraziyə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) qırıcı daşıyan gəmisi daxil olub. İran tərəfi manevr zonasında (məntəqə) ABŞ gəmisinin şəklini çəkdiklərini bəyan edib. Onun "Con Stennis" gəmisi olduğu bildirilir. Bu barədə Milli.Az İnterfaks-a istinadən xəbər yayıb.

 

Xatırladaq ki, İran təlimlərlə bağlı Hörmüz körfəzini bağlayacağını bəyan edib. Bu, ABŞ başda olmaqla, bir sıra ölkələrin hiddətinə səbəb olub.

Vaşinqton Tehrana körfəzdə hərəkəti dayandırmağa imkan verməyəcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar