SON XƏBƏRLƏR

Amerika İndoneziyanın 1 vətəndaşı və 3 şirkətini İran sanksiyalarını pozmaqda günahlandırıb

2021.10.20, 07:36
Amerika İndoneziyanın 1 vətəndaşı və 3 şirkətini İran sanksiyalarını pozmaqda günahlandırıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi İndoneziyanın 1 vətəndaşı və 3 şirkətini İrana qarşı qəbul edilmiş sanksiyaları pozmaqda ittiham edib.

 

Nazirliyin yaydığı bəyanata əsasən, “PT MS Aero Support” şirkətinin rəhbəri Sunarko Kuntjoro 2011- 2018-ci illər ərzində milyonlarla dollar dəyərində olan təyyarə ehtiyat hissələrini sanksiyalar siyahısında olan İranın “Mahan” Hava Yolları Şirkətinə satıb.

 

O, həmçinin xarab ehtiyat hissələrini ABŞ-a aparıb təmir etdirdikdən sonra yenidən Sinqapur, Honkonq və Tailand vasitəsilə İrana təhvil verməkdə ittiham edilir.

 

ABŞ Federal məhkəməsi Sunarko Kuntjoroya qarşı sanksiyaları pozmaqla əlaqədar 8 faktla bağlı ittiham irəli sürüb. Kuntjoro və şirkətindən başqa, iki digər İndoneziya şirkəti da oxşar ittihamlarla üzləşib.

 

Bir neçə Boeing təyyarəsinə sahib olan “Mahar Air” şirkəti “Sepah” terror təşkilatı ilə əlaqələrinə görə ABŞ tərəfindən sanksiyalar siyahısına daxil edilib. Şirkətlə Amerikanın icazəsi olmadan ticari əlaqə saxlayanlar cəzalandırılırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar