SON XƏBƏRLƏR

Amerika: “İran gəmisinin yükünü Suriyada boşaltmasıyla bağlı sübutlarımız var”

2021.10.20, 07:36
Amerika: “İran gəmisinin yükünü Suriyada boşaltmasıyla bağlı sübutlarımız var”

Gunaz.tv

GünAz TV: Amerika Dövlət Departamenti İranın “Adrian Dərya 1” tankerinin öz neft yükünü Suriyada boşaltdığıyla bağlı əllərində dəlillərin olduğunu bəyan edib.

 

Departamentin sözçüsü Morgan Ortagus bu gün keçirdiyi mətbuat konfransında bildirilir ki, İran Cəbəli-Tariqə verdiyi zəmanətin əksinə olaraq, nefti Bəşər Əsəd rejiminə təhvil verib.

 

O, Amerikanın tankerin hazırda Suriya sahilləri yaxınlığında lövbər saldığı barədə dəlillərinin olduğunu deyib. Sözçü həmçinin ABŞ-ın ilk günlərdən bu tankerin Bəşər Əsəd rejiminə neft daşıdığını dediyini bir daha xatırladıb.

 

“Tankerdə olan yanacaq günahsız Suriya xalqını qətliam edən qüvvələrə (Bəşər Əsəd ordusu-red.) daşınır”- deyə Morgan Ortagus vurğulayıb.

 

Xatırladaq ki, ilkin adı “Grace 1” olan və sonradan adını “Adrian Dərya 1” olaraq dəyişən bu tanker iyulun 4-də Cəbəli-Tariq sahillərində saxlanmışdı. Britaniya hökuməti bəyan etmişdi ki, tanker Bəşər Əsəd rejiminə neft daşımaqla, Avropa İttifaqının bu rejimə qarşı qəbul etdiyi sanksiyaları pozduğuna görə durdurulub. Tanker 45 gün sonra azad edilmişdi. Cəbəli-Tariq rəsmiləri bununla bağlı bildirmişdilər ki, İran gəminin nefti Suriya rejiminə aparmayacağına dair onlara zəmanət verib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar