SON XƏBƏRLƏR

Amerika İran Məhkəmə Sisteminin 2 qəddar hakiminə sanksiya qoyub

2021.10.20, 07:36
Amerika İran Məhkəmə Sisteminin 2 qəddar hakiminə sanksiya qoyub

Gunaz.tv

GünazTV: ABŞ-ın Maliyyə Nazirliyi dekabrın 19-da bəyanat yayaraq, İran Məhkəmə Sisteminin 2 qəddar hakiminə, Əbülqasim Sələvatiyə və axund Məhəmməd Nasir Moqisəyə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, hər iki hakim saxta və ədalətsiz məhkəmələrə başçılıq edərək, dissidentlərə qarşı həyata keçirilən sistemli repressiyalarda günahlandırılırlar: “Bu iki hakimin başçılıq etdiyi ədalətdən uzaq qondarma məhkəmələrdə jurnalistlər, vəkillər, eləcə də çoxlu sayda siyasi, dini və etnik fəalları söz və ifadə azadlığından və sərbəst toplaşmaq hüququndan istifadə etdiklərinə görə ağır cəzalara, uzunmüddətli həbslərə, şallaq zərbələrinə və hətta edama məhkum ediliblər” –deyə, bəyanatda bildirilir.

 

Bəyanatda bildirilir ki, Tehran inqilab məhkəməsinin 15-ci şöbəsinin rəisi Əbülqasim Sələvatinin, eləcə də Tehran inqilab məhkəməsinin 28-ci şəbəsinin sədri olan axund Məhəmməd Nasir Moqisənin Amerika və digər Avropa ölkələrindəki bütün bank hesabları dondurulacaq, əmlakına həbs qoyulacaq. Bəyanatda həmçinin qeyd olunur ki, Amerika vətəndaşlarının bu iki şəxslə hər hansı bir sövdələşməsinə də qadağa qoyulub.

 

Qeyd edək ki, hakim Əbülqasim Sələvati və axund Məhəmməd Nasir Moqisə İranda əsassız ittihamlarla həbs edilən siyasi fəallara, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı rəhimsiz davranmaqda və onlara qarşı ağır cəza hökmləri çıxarmaqda şöhrət qazanıblar.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar