SON XƏBƏRLƏR

Amerika İrana qarşı sanksiyalaraın müddətini bir daha uzadıb

2021.10.20, 07:36
Amerika İrana qarşı sanksiyalaraın müddətini bir daha uzadıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları İrana tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. İrana qarşı sanksiyaları, Birləşmiş Ştatlar 1979-cu ilin 14 noyabrında tətbiq edib. Bununla bağlı Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Konqresə ünvanladığı müraciətdə Birləşmiş Ştatların İranla münasibətlərinin normal məcraya qayıtmadığını əsas gətirən prezident Barak Obama rəsmi Tehrana qarşı sanksiyaları nəzərdə tutan qərarın müddətinin daha bir il uzatmağa qərar verib.Bu qərar texniki xarakter daşıyır.ABŞ prezidentləri hər il sənədin fəaliyyət müddətini uzadırlar. Xatırladaq ki, Birləşmiş Ştatlar İrana qarşı sanksiyaları 1979-cu ilin 14 noyabrında tətbiq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar