SON XƏBƏRLƏR

Amerika İranın Atom Enerjisi Təşkilatına və onun rəisi Əli Əkbər Salehiyə sanksiya qoyub

2021.10.20, 07:36
Amerika İranın Atom Enerjisi Təşkilatına və onun rəisi Əli Əkbər Salehiyə sanksiya qoyub

Gunaz.tv

GünazTV: Amerikanın Maliyyə Nazirliyi yanvarın 30-da bəyanat yayaraq, İranın Atom Enerjisi Təşkilatına və onun rəisi Əli Əkbər Salehiyə sanksiya qoyduğunu bidirib.

 

Bəyanatda bildirilir ki, Əli Əkbər Salehinin adı, Amerika hökumətinin barəsində qadağa qoyduğu şəxslər və müəyyən edilmiş qurumlarla bağlı özəl siyahısına (SDN) salınıb.

 

“Röyters” agentliyinin yaydığı xəbərə əsasən, Əli Əkbər Salehiyə və onun nəzarəti altında fəaliyyət göstərən təşkilata qarşı sanksiya qoyulması ilə bağlı qərarın alınması, İranın qeyri-hərbi nüvə proqramına təsir göstərə bilər. Çünki İranın Atom Enerjisi Təşkilatı, ölkənin nüvə proqramının aparılmasında, eləcə də İranın nüvə mərkəzlərinə lazım olan avadanlıqların alınmasında birbaşa məsuliyyət daşıyır.

 

ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk 

 

Bu arada, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk, dünən NBC telekanalına açıqlamasında, Vaşinqtonun İranın nüvə fəaliyyətlərini tam nəzarətdə saxadığını açıqlayıb: “Biz İranın nüvə proqramı ilə bağlı bütün dəyişikləri nəzarətdə saxlayırıq. İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar, islam respublikası rejimini artıq iki yol ayrıcında qoyub.

 

İranın Atom Enerjisi Təşkiatı və ona başçılıq edən Əli Əkbər Salehi, rəsmi Tehranın üzərinə götürdüyü nüvə öhdəliklərinin pozulmasında mühüm rol oynayıb. Bu təşkilat, uranın zənginləşdirilməsi ilə bağlı təyin edilən həddi və depolanmış uranın miqdarına qoyulan məhdudiyyəti pozub. Salehi həmçinin uranın zənginləşdirilməsi iə bağlı fəaliyyətin genişləndirilməsi üçün, İranın nüvə mərkəzlərində şəxsən yeni və daha inkişaf etdirilmiş sentrifuqaların quraşdırılmasında iştirak edib” -deyə, ABŞ-ın Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar