GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
GünazTV: Amerikanın Maliyyə Nazirliyi sentyabrın 20-də bəyanat yayaraq, İranın Mərkəzi Bankına, bu ölkənin Milli İnkişaf Fonduna, eləcə də İranın “Etimad Ticarət” şirkətinə sanksiya qoyduğunu bildirib.
İrana qarşı yeni sanksiyaların tətbiqi, prezident Trampın ABŞ Maliyyə Nazirliyinə embarqoların gücləndirilməsi ilə bağlı qəti göstəriş verməsindən iki gün sonraya təsadüf edib. Yeni sanksiyalar həmçinin Səudiyyə Ərəbistanının Aramco neft şirkətinin təsisatlarına edilən dron hücumlarından altı gün sonra tətbiq edilib. Həm Ər-Riyad, həm də Vaşinqton həmin hücumların İran tərəfindən həyata keçirildiyini bildirirlər.
ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatında bildirilir ki, İranın Mərkəzi Bankı “Sepah”a, onun xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadına və İrana bağlı terrorçu Livan “Hizbullah”ına milyonlarla dollar pul verib, onları maliyyə baxımdan dəstəkləyib.
Həmçinin bildirilir ki, İranın Milli İnkişaf Fondu “Sepah”ı və onun “Qüds” qanadını, eləcə də İranın Müdafiə Nazirliyini maliyyə baxımdan təmin edən əsas qurumlardan biri kimi fəaliyyət göstərib.
Sentyabrın 20-də Ağ Evdə jurnalistlərlə görüşən prezident Tramp deyib ki, o İrana qarşı hərbi addım atmaq əvəzinə, bu ölkəyə qarşı sanksiyaları artırmaq yolu ilə təsir etməyə çalışır: “İrana təsir etməyin ən sadə yolu odur ki, mən bu ölkənin 15 mərkəzinin vurulmasına göstəriş verim. Mən bunu lap elə indicə sizin qarşınızda edə bilərəm. Sonra da sizin bu xəbəri yaymağa gözəl bir şansınız olacaq. Lakin düşünürəm ki, güclü olan şəxsin davranışı, bir az da dözümlülüyü elə olmalıdır ki, onun gücünü göstərə bilsin” –deyə ABŞ prezidenti Donald Tramp əlavə edib.
Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.
Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.
A.M
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib