Amerika İranın neft-kimiya sektoruna və ona bağlı 33 şirkətə sanksiya qoyub

08.06.2019, 10:11

GünazTV: Amerika Maliyyə Nazirliyi iyunun 7-də bəyanat yayaraq, “Sepah” terror təşkilatına dəstək verən İranın neft-kimiya sektoruna və ona bağlı olan 33 şirkətə sanksiya qoyduğunu bildirib.

 

Nazirliyin yaydığı bəyanatda bildirilir ki, “Fars körfəzi Neft-Kimiya Sənayesi Şirkəti”nə və onun nəzdində fəaliyyət göstərən digər şirkətlərə qarşı yeni sanksiyalar, onların “Sepah”ın “Xatəm ül Ənbiya” qərarghına maliyyə yardımı göstərdiyinə görə tətbiq edilib.

 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iyunun 7-də jurnalistlərə açıqlamasında deyib ki, yeni sanksiyalarda məqsəd, İranın neft-kimiya sənayesinin və ona tabe olan şirkətlərin gəlir mənbələrini məhdudlaşdırmaq, onların “Sepah”a maliyyə yardımının qarşısını almaqdır.

 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin

 

Amerika dövlət katibi Mayk Pompeo isə həmin gün “Twitter” səhifəsində yazdığı bir statusda İranın neft-kimya sənayesinə qoyulan yeni sanksiyalara münasibət bildirib. O deyib ki, İrana qarşı təzyiqlər bundan sonra da davam edəcək: “İrana qarşı maksimum təzyiqlər bu gün də davam edir və Amerikanın Maliyyə Nazirliyi “Sepah”ı maliyyə baxımdan təmin edən İranın neft-kimiya sektoruna sanksiya qoyub. Amerika Birləşmiş Ştatları, İranın  Orta Şərqdə sabitliyi pozmaq üçün ehtiyacı olduğu gəlir mənbələrinə yiyələnməsinin yolunu bağlayacaq” –deyə Mayk Pompeo əlavə edib.

 

Amerikanın dövlət katibi Mayk Pompeo

 

Bildirilir ki, İranın neft-kimiya sahəsində fəaliyyət göstərən və yeni sanksiyaya məruz qalan şirkətlər arasında, Ərvənd, Atlas, Brucen, Dehdəşt, Fəcr, Gəçsaran, Hemmət, Hörmüz, İlam, Henqam, Karun, Xuzistan, Nəğmə, Müdəbbiran, Pazarqad, Rəhavəran və Urmiyə şirkətlərinin adları da var.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24