SON XƏBƏRLƏR

Amerika İranın neft və qaz sektoruna qarşı tətbiq etdiyi sanksiyalarda daha heç bir ölkəni istisna kimi tanımayacaq

2021.10.20, 07:36
Amerika İranın neft və qaz sektoruna qarşı tətbiq etdiyi sanksiyalarda daha heç bir ölkəni istisna kimi tanımayacaq

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İranın neft və qaz sektoruna qarşı tətbiq etdiyi sanksiyalarda istisna ölkələrə tanıdığı möhlət hüququnu uzatmaq niyyətində deyil.

 

Bu barədə məlumatı “Washington Post” qəzeti adlarının açıqlanmadığı 2 amerikalı rəsmiyə istinadən yayımlayıb. Eləcə də, Mayk Pompeo dünən jurnalistlərə verdiyi açıqlamada yayılan məlumatları təsdiqləyib.

 

2018-ci ilin noyabr ayının əvvəllərində İranın neft və qaz satışını sıfıra endirmək üçün qəbul edilmiş sanksiyada Türkiyə, Yunanıstan, İtaliya, Hindistan, Çin, Yaponiya, Cənubi Koreya və Tayvan kimi 8 ölkəyə öz daxili tələbatını ödəmək üçün 180 günlük möhlət hüququ tanınır. Qeyd edilmiş ölkələr bu müddət ərzində tədricən İrandan neft alışını dayandırmalı və alternativ mənbələrə yönəlməlidirlər. ABŞ Dövlət Departamenti may ayının 2-də tamamlanacaq müddəti uzatmaq niyyətində olmadığını dəfələrlə bəyan edib.  

 

Qeyd etmək lazımdır ki, Donald Tramp administrasiyası ötən ilin may ayında rəsmi Tehrana qarşı maksimum təzyiq göstərmək üçün sanksiyaların yenidən tətbiq ediləcəyi anonsunu verərək, Amerikanın nüvə razılaşmasından birtərəfli olaraq çıxdığını bəyan etmişdi. Bundan sonra İranda milli valyuta dollara nisbətdə kəskin ucuzlaşmış, bütün idxal edilən məhsulların qiymətində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunmuşdu. Noyabr ayının əvvəllərində İranın neft və qaz sektoruna qarşı tətbiq edilən sanksiyalardan sonra isə ölkənin iqtisadi vəziyyəti demək olar ki, iflic vəziyyətinə düşüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar