Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22 16:11

Amerika Birləşmiş Ştatları İranın nüvə və raket proqramı ilə əlaqədə olan onlarla şəxsə və quruma sanksiya qoyub.

Gunaz.tv Quote | Gunaz article


Vaşinqtonun İraxna qarşı yeni saksiyalar tətbiq etməsi, Tramp hökumətinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı bütün sanksiyalarını yenidən bərpa edən tətik mexanizmini işə salmasından bir gün sonraya təsadüf edib.


Amerikanın sanksiyalar siyahısına saldığı qurumlar arasında İran Müdafiə Nazirliyi və İran Atom Enerjisi Təşkilatının adları da var.


İrana qarşı yeni sanksiyaların detalları sentyabrın 21-də ABŞ-ın dövlət katibi Mayk Pompeo, müdafiə naziri Mark Esper, maliyyə naziri Stiven Mnuçin və Amerikanın ticarət naziri Vilbur Rossın birgə qatıldığı mətbuat konfransında açıqlanıb.


Mətbuat konfransından az sonra ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq, BMT-nin İrana qarşı bütün əvvəlki sanksiyalarının artıq qüvvəyə minməsindən xəbər verib: “Bu gün mən İranın nüvə və ballistik raket proqramını məhdudlaşdıran yeni tədbirlər həyata keçirirəm. Bu isə İran rejiminə və ona beynəlxalq arenada dəstək verənlərə açıq bir mesajdır. Mənim hökumətim İranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcək. 


Biz heç vaxt İrana imkan verməyəcəyik ki, külli miqdarda ballistik raketlər və digər hərbi sursat istehsal edib yaymaqla dünyanı təhlükə ilə üz-üzə qoysun. Mən məhz bunun baş verməyəcəyindən əmin olmaq üçün bu fərmanı imzalayıram. Bununla da BMT-nin İrana qarşı sanksiyalarını qaytarmaqla yanaşı, İranın nüvə, raket və digər hərbi fəaliyyətlərini dəstəkləyən 24-dən çox şəxs və quruma qarşı sanksiyalar tətbiq olunmasına göstəriş verirəm” –deyə, ABŞ prezidenti Donald Tramp bəyanat yaydığı bəyanatında bildirib. 


ABŞ-ın dövlət katibi Mayk Pompeo isə jurnalistlərə keçirdiyi mətbuat konfransında deyib ki, İranın nüvə və raket proqramına dəstək verdiyi üçün barəsində sanksiya qoyulan şəxslər arasında Venessuella prezidenti Nikolas Maduronun da adı var: “Amerika hökumətinin yeni sanksiyalar siyahısına adları salınanlar arasında İran Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıq edən Məhəmməd Qənnadi Marağa, Behruz Kəmalvəndi, Cavad Kərimi Sabit, Həmidrza Qədiriyan, Əhməd Əsğəri Şivayi və Pejman Rəhimiyanın adları daxil edilib” –deyə, Mayk Pompeo əlavə edib. 


Barəsində sanksiya qoyulan bəzi digər şəxs və qurumlar isə bunlardır: Mamut Dizel Şirkəti, Mamut Sənaye Qrupu, Məhəmmədrza Dezfuliyan, Bezad Ferdos, Mehrzad Ferdos, “Şəhid Hac Əli Məvəddət” Şirkəti və həmin şirkətlə əlaqədə olan Seyid Mir Əhməd Nuşin, Məhəmməd Qulami, Əsğər İsmayılpur. 


Amerika rəsmilərinin bildirdiyinə görə, həmçinin İranın nüvə proqramının inkişaf etdirilməsində əsaslı rolu olan 5 iranlı nüvə aliminə qarşı da sanksiya qoyulub. Həmin şəxslər isə bunlardır: Əhməd Nozad Qolik, Behnam Puremadi, Həmid Sepehriyan, Muctaba Fərhadi Gəncə və Seyid Cavad Əhmədi. 


Xatırladaq ki, Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeo üç gün əvvəl bəyanat yayaraq, sentyabrın 20-dən etibarən BMT-nin İrana qarşı dayandırılmış bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə saldıqlarını rəsmən elan edib.


 A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Jan.25.2021 : “Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

2021-01-25

gun az article

Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı

2021-01-25

gun az article

Səid Xətibzadə Zərifin Azərbaycana səfərindən danışıb

2021-01-25

gun az article

İranın hökumət qüvvələri Bəlucistanda tikilməkdə olan sünnilərə məxsus məscidi dağıdıblar

2021-01-25

gun az article

İranda koronavirusdan daha 98 nəfər ölüb, 6 309 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-25

gun az article

Jan İv Le Drian: “İran nüvə silahına yiyələnmək ərəfəsindədir”

2021-01-25

gun az article

Ayk Xaçikyan: "Qarabağda 6 min erməni hərbçi ölüb"

2021-01-25

gun az article

Füzulinin Aşağı Aybasanlı kəndi - VİDEO

2021-01-25

gun az article

Zərif Bakıya gəldi - “İran Azərbaycan ərazilərinin azadlığına sevinir”

2021-01-25

gun az article

Azərbaycanda karantin rejimi daha da yumşaldıldı

2021-01-25

gun az article

27 il işğalda qalan Şahbulaq qalasından reportaj... - Fotolar+VİDEO

2021-01-24

gun az article

İrəvan qarışdı: "Satqın Nikol, istefa!" - VİDEO

2021-01-24

gun az article

Otuz erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib

2021-01-24

gun az article

İranda koronavirusdan daha 89 nəfər vəfat edib, 5 945 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-24

gun az article

Türkiyə müdafiə sənayesinin daha bir UĞURU: İlk yerli döyüş gəmisi inşa olundu

2021-01-24

gun az article

ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml QƏZƏBLƏNDİ

2021-01-24

gun az article

Moskvada polislə qarşıdurma oldu, yaralananlar var – Fotolar və VİDEO

2021-01-24

gun az article

Çavuşoğlu Azərbaycana başsağlığı verdi

2021-01-24

gun az article

Türkiyə qaçırılan dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi

2021-01-24

gun az article

Nigeriyalı dəniz quldurları Türkiyə gəmisinə basqın edib, 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb

2021-01-24