SON XƏBƏRLƏR

Amerika İranın raket proqramına yardım edən 13 xarici şirkətə sanksiya qoyub

2021.10.20, 07:36
Amerika İranın raket proqramına yardım edən 13 xarici şirkətə sanksiya qoyub

Gunaz.tv

GünazTV: Amerika hökuməti İranın raket proqramı ilə əməkdaşlıq edən və onun inkişafına yardım edən 13 Çin, Rusiya, İraq və Türkiyə şirkətinə sanksiya qoyub.

 

Bu barədə, fevralın 25-də ABŞ dövlət katibi Mayk Pompeo bəyanat yayıb.

 

Pompeo, sanksiyaya məruz qalan Rusiya şirkətlərinin adları açıqlamasa da, bildirib ki, Çində və Türkiyədə İranın raket proqramının inkişafına yardım edən fiziki və hüquqi şəxslərə qarşı beş yeni sanksiya tətbiq edilib: Çində “Luo Dingwen” şirkəti, məhdud məsuliyyətli “Baoding Shimaotong” şirkəti, məhdud məsuliyyətli “Gaobeidian” sənaye şirkəti, Çinin Vuhan şəhərində fəaliyyət göstərən “Sanjiang” idxalat və ixracat şirkəti və Türkiyənin məhdud məsuliyyətli “Eren Carbon Graphite” sənaye şirkəti, barəsində sanksiya qoyulmuş şirkətlər arasındadır"- deyə, ABŞ dövlət katibi Mayk Pompeonun yaydığı bəyanatında bildirilir.

 

 

Pompeo həmçinin bildirib ki, Çinin “Luo Dingwen” şirkəti həm də, Pakistanın raket proqramını həssas material və avadanlıqlarla təchiz edərək qanunu pozub.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar