SON XƏBƏRLƏR

Amerika-KXDR sammitini 2500-dən çox jurnalist işıqlandıracaq

2021.10.20, 07:36
Amerika-KXDR sammitini 2500-dən çox jurnalist işıqlandıracaq

Gunaz.tv

GünAz TV: Vyetnamın Hanoy şəhərində Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Şimali Koreya arasında baş tutacaq sammiti işıqlandırmaq üçün təxminən 2600 jurnalist akkreditasiyadan keçib.

 

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Vyetnam xarici işlər nazirinin müavini Le Hoay Çunq Hanoyda keçirilən mətbuat konfransında jurnalistlərin sammitdə uğurlu fəaliyyəti üçün lazımi şəraitin yaradılacağını bildirib. Onun sözlərinə görə, Vyetnamın Baş naziri Nquen Suan Fuk nazirlərə və müvafiq qurumlara ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüş zamanı təhlükəsizliyin təmin olunması üçün bütün tədbirləri görməyi tapşırıb. Hazırlıq işləri yüksək səviyyədə hazırlanıb və həyata keçirilib.

 

Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda keçirilmişdi. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.

 

Liderlərin ikinci görüşü fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoy şəhərində olacaq. Ağ ev administrasiyasının yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, iki lider təkbətək görüş keçirəcək, birlikdə nahar edəcək, həmçinin nümayəndə heyətlərinin geniş formatda danışıqlarına qatılacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar