SON XƏBƏRLƏR

Amerika, Mirhüseyn Musəvi, Kərrubi və Zəhra Rəhnəvərdin azadlığa buraxılmasını tələb edir

2021.10.20, 07:36
Amerika, Mirhüseyn Musəvi, Kərrubi və Zəhra Rəhnəvərdin azadlığa buraxılmasını tələb edir

Gunaz.tv

GünAzTV: ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert, fevralın 15-də bəyanat yayaraq 7 ildir ETTELAAT-ın nəzarəti altında ev dustaqlığında saxlanılan İrandakı “yaşıl hərəkat”ın liderləri, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.

 

Bəyanatda bildirilir ki, İranda zalimanə şəkildə həbsdə saxlanılan bütün əqidə məhbusları qeydsiz-şərtsiz azadlığa buraxılmalıdır: “Bu həftə, 2009-cu ildə İranda prezidentliyə iki namizəd, Mirhüseyn Musəvi və Mehdi Kərrubinin, eləcə də Musəvinin xanımı, Zəhra Rəhnəvərdin ev dustaqlığında saxlanılmasının 7-ci ildönümüdür. Hesab edirik ki, bu üç şəxsin ev şəraitində həbsinin davam etdirilməsi, İranın üzərinə götürdüyü beynəlxalq qanunlara ziddir.

 

Amerika hökuməti İrandan tələb edir ki, ölkədə insan hüquqlarına riayət etməklə, ölkə vətəndaşlarının fundamental azadlıqlarına hörmətlə yanaşsın, ölkə əhalisinin söz və ifadə azadlıqlarını təmin etsin, insanların özbaşına həbsinə son qoyulsun, tutulanlara ədalətli məhkəmələr keçirsin və onların siyasi və mədəni hüquqlarının bərpasına şərait yaratsın. Biz, dünya birliyi olaraq, barələrində konkret hər hansı bir ittiham irəli sürülmədən və ədalətli məhkəmə keçirilmədən bu üç şəxsin ev dustaqlığında saxlanılmasının davam etdirilməsini pisləyir, onların dərhal azadlığa buraxılmasını tələb edirik”.

 

Qeyd edək ki, Mirhüsen Musəvi, xanımı Zəhra Rəhnəvərd və fəaliyyətinə qadağa qoyulmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi, 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin nəticəsinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar. İranın dini lideri, axund Əli Xamneyinin açıq-aşkar seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

 

ABŞ Dövlət DEpartamentinin sözçüsü Heather Nauert

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar