SON XƏBƏRLƏR

Amerika müttəfiqləri ilə birgə İrana qarşı yeni sərt sanksiyalar üzərində işləyir

2021.10.20, 07:36
Amerika müttəfiqləri ilə birgə İrana qarşı yeni sərt sanksiyalar üzərində işləyir

Gunaz.tv

GünAzTv: Müttəfiqlər İrana qarşı yeni sanksiyalar üzərində işləyirlər. Bu sanksiyalar İran rəhbərliyinin seçim imkanlarını məhdudlaşdırmağı nəzərdə tutur.

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton rəsmi Vaşinqtonun İrana qarşı sərt sanksiyaların tətbiqinə nail olmaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, indi bu addımı atmaq çox vacibdir. Belə ki,  İranın XİN-i Manuçehr Mottəkinin Atom enerjisi üzrə beynəlxalq agentliyin rəhbəri Yuki Amano ilə ötən həftə baş tutan görüşündə Tehranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar prosesində də heç bir nəzərə çarpan irərliləyişə nail olunmayıb. 

ABŞ-ın dövlət katibi Hillari Klinton:

“İran beynəlxalq öhdəliklərinə əhəmiyyət verməməkdə davam edir. İndi ABŞ müttəfiqləri ilə birgə İran rəhbərliyinin seçim imkanlarını məhdudlaşdırmağı nəzərdə tutan yeni sərt sanksiyalar üzərində işləyir. “

Qeyd edək ki, Tehranın nüvə proqramı ətrafında vəziyyət İranın MAQATE-yə Natanzadakı zavodda uranın zənginləşdirilməsinə başlayacağı barədə məlumat verməsindən sonra daha da gərginləşib. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Saleyi Tehranın müstəqil olaraq uranı 20 %-ə qədər zənginləşdirməyə başladığını bildirib. Bu bəyanatlardan sonra isə Fransa və ABŞ  İrana qarşı yeni sanksiyaların qəbuluna qətiyyətlə təkid edir. itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar