SON XƏBƏRLƏR

Amerika müttəfiqləriylə birlikdə İranın körfəzdəki xəbis davranışlarına cavab verəcək

2021.10.20, 07:36
Amerika müttəfiqləriylə birlikdə İranın körfəzdəki xəbis davranışlarına cavab verəcək

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları “Sepah” terror təşkilatı tərəfindən Britaniyaya məxsus iki gəminin saxlanmasına münasibət bildirib.

 

ABŞ bəyan edib ki, müttəfiqləriylə birlikdə İranın körfəzdə nümayiş etdirdiyi xəbis davranışlara cavab verəcək.

 

Amerikanın Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda İranın iki həftədən az bir müddətdə Britaniyanın 2 gəmisinə qarşı atdığı addımları provokativ adlandırıb. Bəyanatda həmçinin ABŞ rəsmi Tehranı regionda gərginliyi artırmaqda ittiham edir.

 

Digər tərəfdən, “Sepah”ın Britaniyaya məxsus ikinci gəmini saxlamasıyla bağlı məlumatlar yayıldıqdan sonra Amerika prezidenti donald Tramp bu xüsusda britaniyalı rəsmilərlə müzakirələr aparacağını demişdi.

 

Qeyd etmək lazımdır ki, İrana məxsus tankerin Cəbəri-Tariq boğazında Britaniya tərəfindən saxlanmasından sonra rəsmi Tehranla Qərb arasında ziddiyyətlər daha da kəskinləşib. İran bunun ardıyca körfəzdə İngiltərəyə məxsus iki gəmini saxlayıb. Bu gün İranın bu gəmilərdən birini buraxdığı ilə bağlı xəbərlər yayılıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar