Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25 13:35

Amerika Maliyyə Nazirliyi sentyabrın 24-də bəyanat yayaraq, güləşçi Nəvid Əfkariyə ölüm hökmü çıxaran məhkəmə hakiminə və İran Məhkəmə Sisteminin daha bir neçə qurumuna qarşı sanksiya qoyub.

Gunaz.tv Quote | Gunaz article

Nazirliyin rəsmi saytında yayılan bəyanatda bildirilir ki, Nəvid Əfkarini edama məhkum edən məhkəmənin hakimi Mahmud Sadati, eləcə də Məşhəd inqilab məhkəməsinin hakimi Məhəmməd Sultaniyə qarşı sanksiyalar tətbiq edilib.


Bildirilir ki, bu iki hakimdən başqa, məhkumlara qarşı təzyiq, təhqir və işgəncələrdə günahlandırılan Urmiya həbsxanası, Şirazın Ailabad zindanı və Məşhədin Vəkilabad həbsxanasının adları da sanksiyalar siyahısına salınıb.


ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bəyanat yayaraq, Amerika hökumətinin bu yeni sanksiyalarına münasibət bildirərib: “Bu şəxslər və məhkəmə qurumları özbaşına həbslərdə, rəhmsiz işgəncələrdə, məhkumlara qarşı qeyri-insani rəftarda və təhqirdə mühüm rol oynadıqlarına görə barələrində sanksiya tətbiq olunub. 


Nəvid Əfkari 2018-ci ildə etirazlara qatılmasından sonra həbs edildi. Onu qətldə günahlandırdılar və o ədalətsiz və tələsik keçirilən məhkəmələrdə Şiraz inqilab məhkəməsinin 1-ci şöbəsinin hakimi Mahmud Sadati onu edama məhkum etdi. Nəvid Əfkari Şirazın Adilabad zindanında gizli şəkildə edam olunmasından əvvəl işgəncələrə məruz qalmışdı və təzyiq altında ondan alınan etiraflar dövlət televiziyasından yayımlanmışdı” –deyə, Mayk Pompeo bildirib. 


Xatırladaq ki, iki il əvvəl İranda keçirilmiş etiraz aksiyasında iştirak etdiyi üçün tutulan idmançı Nəvid Əfkari sentyabrın 12-si səhər saatlarında edam edilib.


Nəvid Əfkari 2018-ci ildə İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyalarında təhlükəsizlik orqanı əməkdaşını qətlə yetirməkdə ittiham edilərək, 2 dəfə edam, 6 il yarım həbs və 74 şallaq zərbəsi cəzası almışdı. O özü, eləcə də İran daxilində və xaricində fəaliyyət göstərən insan haqları fəalları ittihamları rədd edirdilər. Onlar bildirirlər ki, istintaq dövründə Nəvid Əfkari cinayəti boynuna almaq üçün ağır işgəncələrə məruz qaldığından, işə yenidən baxılmalıdır. 

 
A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub

2020-10-30

gun az article

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

2020-10-30

gun az article

İran rəsmisi: “Hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsınlar və beynəlxalq sərhədləri qorusunlar”

2020-10-30

gun az article

İranda daha 365 nəfər koronavirusdan ölüb, 8011 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-10-30

gun az article

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

2020-10-30

gun az article

İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30

gun az article

“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - Arutyunyan təşvişdə

2020-10-30

gun az article

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur - RƏSMİ

2020-10-30

gun az article

MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

2020-10-30

gun az article

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

2020-10-30

gun az article

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

2020-10-29

gun az article

MN: Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

2020-10-29

gun az article

İran ordusunun yüksək rütbəli komandiri koronavirusdan ölüb

2020-10-29

gun az article

İranda koronavirusdan ölənlərin sayı 34 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-29

gun az article

İranın Zəncan əyalətində koronavirusa yoluxan daha 566 nəfər xəstəxanalara yerləşdirilib

2020-10-29

gun az article

“Cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?!”

2020-10-29

gun az article

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

2020-10-29

gun az article

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

2020-10-29

gun az article

Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı

2020-10-29

gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28