Amerika rəsmisi: “İran üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtmayınca sanksiyalar ləğv edilməyəcək”

2021-04-19 13:49

ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan aprelin 18-də “Fox News” telekanalına müsahibəsində Vyanada İranla aparılan nüvə danışıqlarından və Tehrana qarşı tətbiq edilmiş sanksiyalardan danışıb.

Gunaz.tv Quote | Gunaz article

Vyanada İranla Qərb arasında aparılan danışıqları “konstruktiv müzakirə” adlandıran Salivan deyib ki, İran nüvə fəaliyyətini məhdudlaşdırmalı, zənginlədirdiyi uranın həcmini azaltmalıdır.


“İran nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtmayınca sanksiyalar ləğv edilməyəcək. Hesab edirik ki, İran uranı zənginləşdirmək səviyyəsini aşağı salmalı, onun həcmini azaltmalıdır. 


Bir daha bildirirəm ki, biz İranın apardığı nüvə proqramının mahiyyətindən və nüvə razılaşmasının şərtlərinə əməl etməsindən əmin olmayana qədər Tehrana hər hansı bir imtiyaz verməyəcəyik”, -deyə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Fox News” telekanalına açıqlamasında bəyan edib. 


Qeyd edək ki, 2015-ci ildə İranla 5+1 qrupa arasında imzalanmış nüvə sazişinin şərtlərinə əsasən, İran uranı yalnız 3.7 faiz səviyyəsində zənginləşdirmək hüququna malikdir. Lakin buna baxmayaraq, İran hazırda uranı həm 20, həm də 60 faiz səviyyəsində zənginləşdirir. 


Rəsmi Tehran növbəti mərhələdə iradə edəcəyi təqdirdə uranı hətta 90 faizə qədər də zənginləşdirəcəyini bildirib. Urnın belə bir səviyyədə zənginləşdirilməsi isə Tehranı atom bombasının istehsalına yaxınlaşdırır. Bu isə Qərbin və İsrailin ciddi nigaranlığına səbəb olub.  


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16

gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15