SON XƏBƏRLƏR

Amerika seçkilərində respublikaçıların nəhəng qələbəsi

2021.10.20, 07:36
Amerika seçkilərində respublikaçıların nəhəng qələbəsi

Gunaz.tv

GünAzTv: Obamanın partiyası Nümayəndələr Palatasında əksəriyyəti əldən Verdi. Demokratların yalnız Senatda üstünlüyü qorumağa gücləri çatıb.

Amerika Birləşmiş Ştatlarında aralıq Konqres seçkilərində əksəriyyət alt qurum Nümayəndələr Palatasında respublikaçıların əlinə keçib, üst qurum Senatda isə demokratların əlində qalıb. Beləliklə, prezident Barak Obama Nümayəndələr Palatasını respublikaçılara uduzmaqla öz gələcəyini böyük sual altına qoyub.GünAzTv mətbuat mərkəzinin “Bizim yol”-a istinadən yaydığı məlumata görə, Nümayəndələr Palatasında əksəriyyəti əldə edən Respublikaçılar Partiyası prezident Barak Obamanın Konqresə çıxardığı qanunvericilik mexanizmlərini əngəlləmək fürsəti əldə ediblər. Prezident Obama nəticələrəni dəqiqləşməsi ardından Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında lideri və yenilənən Konqresin rəhbəri olması gözlənilən Con Bohneri axtarıb tapıb. Ağ Evdən verilən açıqlamaya görə, Obama Bohnerlə söhbətində Konqresin növbəti müddətində onunla «ortaq mövqe» tapa biləcəklərinə ümidiqni ifadə edib. Bohner Obama ilə danışıqlardan əvvəl verdiyi açıqlamalarında seçicilərin prezidentə siyasət dəyişikliyi ilə bağlı mesaj verdiyini söyləmiş, yeni müddətdə xərcləri azaltmağa və dövləti aparatının miqyasını kiçiltməyə çalışacaqlarını ifadə etmişdi.Respublikaçılar Partiyası əvvəlki Senatda prezident Barak Obamanın tutduğu Ilinoys ştatı üzrə kürsünü də ələ keçirməyə nail olub. Respublikaçıların demokratlardan ala bildikləri digər kürsülər isə Pensilvaniya, Viskonsin, Arkanzas, Şimali Dakota və Indiana ştatları olub. Amma respublikaçılar Nümayəndələr Palatasından fərqli olaraq Senatda əksəriyyəti ələ keçirmək üçün tələb olunan 10 yeni kürsünü əldə edə bilməyiblər. Halbuki Nümayəndələr Palatasında əksəriyyəti ələ almaq üçün 39 kürsü tələb olunsa da, respublikaçılar bu işin öhdəsindən gələ biliblər.Qeyd edək ki, amerikalı seçicilər dünən 435 üzvü olan Nümayəndələr Palatasını bütünlüklə, Senatın 37 üzvünü və 37 ştatın qubernator və deputatlarını seçiblər. Həmçinin 37 ştatda seçicilər səhiyyə və maliyyə islahatları da daxil olmaqla 160-a qədər məsələ barədə referendum suallarını cavablandırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar