SON XƏBƏRLƏR

Amerika Senatı impiçment prosesində Trampa bəraət verib

2021.10.20, 07:36
Amerika Senatı impiçment prosesində Trampa bəraət verib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı impiçment prosesindəki hər iki maddəyə görə prezident Donald Trampa bəraət verib.

 

Mediada yayılan məlumata görə, beləliklə, Ağ Evin rəhbəri ittiham edilməyəcək və hakimiyyətdən uzaqlaşdırılmayacaq.

 

Senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə təqsirli bilmədilər. Bununla da Trampın impiçment prosesi bitmiş hesab edilib.

 

Qeyd edək ki, ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi tələb olunurdu. Lakin Senatda çoxluq təşkil edən Respublikaçılar Trampa qarşı impiçmentin tam əleyhinədirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar