SON XƏBƏRLƏR

Amerika “Sepah”la əlaqəsi olan İraq şirkətinə qarşı sanksiya tətbiq edib

2021.10.20, 07:36
Amerika “Sepah”la əlaqəsi olan İraq şirkətinə qarşı sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi “Sepah” terror təşkilatı ilə əlaqəsi olan “Cənub Sərvəti Mənbələri” adlı şirkət və onun iki rəsmisi- Əbdülhəmid Ələsədi və Saleh Əlhəsəniyə qarşı sanksiya tətbiq edib.

 

Nazirliyin məsələ ilə bağlı iyunun 12-də yaydığı bəyanatda bildirilir ki, qeyd edilən şirkət və onun rəsmiləri “Sepah” terror təşkilatının “Qüds Briqadası”na ABŞ sanksiyalarını pozmaqla, 100 milyonlarla dollar dəyərində silah qaçaqmalçılığı etməkdə kömək etdiyi üçün bu ölkənin qara siyahısına salınıblar.

 

Bəyanatda həmçinin vurğulanır ki, Maliyyə Nazirliyi “Qüds Briqadası”nın İranın təmsilçi müharibə aparan yaraqlılarına silah çatdırmaq üçün yaratdığı bu qaçaqmalçı şəbəkəsini aradan qaldırılması istiqamətində lazım olan bütün tədbirləri görür. Bu xüsusda İraqın maliyyə orqanları və beynəlxalq maliyyə sistemi İranın ABŞ sanksiyalarını pozmağa hədəflənmiş bütün hiyləgər taktikaları qarşısında öz təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.

 

Nazirlik silah qaçaqmalçılığından “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin iraqlı müşaviri Mehdi Əlmühəndisin də mənfəət əldə etdiyini bəyan edib.

 

Xatırladaq ki, Amerika aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah-red.) rəsmən xarici terror təşkilatları siyahısına daxil edib. “Sepah” və onun xarici ölkələrdə olan əməliyyatları həyata keçirən qolu- “Qüds Briqadası” bu günə qədər bir çox ölkələrdə baş tutmuş terror aktlarının əsas təşkilatçısı və icraçısı hesab edilir. Eləcə də, Suriyada gedən vətəndaş müharibəsində uşaqlar, yaşlılar və qocalar da daxil olmaqla, 10 minlərlə sivil əhalinin qətliam edilməsində Bəşər Əsəd hərbçilərinə kömək edən əsas qüvvələr  “Hizbullah”, “Sepah”, eləcə də ona bağlı “Fatimiyun” və “Zeynəbiyun” adlı yaraqlı dəstələr olub.

 

Digər tərəfdən, ABŞ-ın “Sepah”la əlaqəli İraq şirkəti və onun rəsmilərinə qarşı qəbul etdiyi sanksiya Yaponiyanın Baş Naziri Şinzo Abenin Tehrana daxil olmasından bir neçə saat sonraya təsadüf edir. Şinzo Abe Amerika ilə İran arasında yaranmış son gərginlikləri azaltmaq üçün iyunun 12-də İrana rəsmi səfərə edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar