SON XƏBƏRLƏR

Amerika “Sepah” terror təşkilatının “Qüds” briqadası ilə əməkdaşlıq edən 20 fiziki və hüquqi şəxsə sanksiya qoyub

2021.10.20, 07:36
Amerika “Sepah” terror təşkilatının “Qüds” briqadası ilə əməkdaşlıq edən 20 fiziki və hüquqi şəxsə sanksiya qoyub

Gunaz.tv

GünazTV: ABŞ Maliyyə Nazirliyi martın 26-da bəyanat yayaraq, İranda və İraqda “Sepah” terror təşkilatının “Qüds” briqadası ilə əməkdaşlıq edən 20 fiziki və hüquqi şəxsə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, Amerika hökumətinin sanksiyalarına məruz qalan şəxslər və qurumlar, “Sepah”ın “Qüds” briqadası ilə əlaqədə olub, onu təmsil edərək fəaliyyət göstəriblər: “Bu şəxslər və qurumlar, İranın İraqdakı təmsilçi qüvvələri sayılan “Kətaib-i Hizbullah” və “Əsaib-i Əhl-i Həq” kimi terrrçu qruplaşmalara öldürücü silahların daşınmasında iştirak ediblər.

 

İran, bütün regionda terrorçu qrupları maliyyələşdirmək məqsədilə saxta şirkətlər şəbəkəsini yaradaraq, İran xalqını öz gəlir mənbələrindən məhrum edib. Belə ki, həmin şəxslər və şirkətlər İran xalqının əsas ehtiyaclarını təmin etmək əvəzinə prioritet olaraq, öz təmsilçi qüvvələrinin ehtiyaclarını təmin edib.

 

Bildirilir ki, ABŞ hökumətinin sanksiyalarına məruz qalan fiziki şəxslərdən 11-i İran, 4-ü isə İraq vətəndaşlarıdır. Qeyd edilir ki, həmin şəxslər və barəsində sanksiya qoyulmuş ticari şirkətlər, gəmiçilik, silah alış-verişi, inşaat tikintisi, kimyəvi maddələrin istehsalı və çirkli pulların yuyulması sahələrində fəaliyyət göstəriblər.

 

ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslər isə bunlardır:

 

İraqda fəaliyyət göstərən “Ətəbati-aliyyat”ın yenidən bərpası qərargahı,

“Behcət əl-Kövsər” inşaat şirkəti,

Məhəmməd Calal Məab (Qasım Süleymani tərəfindən təyin edilmiş “Ətəbati-aliyyat” qərargahının hazırkı rəisi),

Həsən Plark (Kövsər şirkətinin sahiblərindən biridir),

Əlirza Fədakar (Kövsər şirkətinin Nəcəfdəki sahiblərindən biridir),

Məhəmməd əl Qərifi (Kövsər şirkətinin işçisi),

Məsud Şuştəri Pusti (Kövsər şirkətinin digər sahiblərindən biri),

Maşalla Bəxtiyari (Kövsər şirkətinin əməkdaşı, çirkli pulların yuyulması fəaliyyətində İranın Milli Bankı ilə əməkdaşlıq edib),

İraqın “Əl-Xəmael” gəmiçilik şirkəti,

Həsən Səburi Nejad (“Əl-Xəmael” şirkətinin maliyyə işlərinə baxan şəxs),

“Məadin Novin” ticari şirkəti və onunla əməkdalıq edən Vəli Quluzadə adlı bir şəxs,

Məhəmməd Səid Əzafə əl-Bəhadeli (“Əl-Xəmael” gəmiçilik şirkətinin icraçı direktoru),

Əli Hüseyn Faleh əl-Mənsuri,

Seyid Rza Musəvifər (“Əl-Xəmael”  şirkətinin maliyyə işləri məsulu),

“Orta Şərq Saman Kimiya” çirkəti,

Əli Fərhan Əsədi, Seyid Yasər Musəvifər, Mehdi Qasımzadə və “Kətaib-Hizbullah” qruplaşmasından olan Şeyx Ədnan əl-Həmidavi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar