SON XƏBƏRLƏR

Amerika “Sepah” terror təşkilatının “Qüds” briqadası ilə “Həmas”ın maliyyə himayədarlarına sanksiya qoyub

2021.10.20, 07:36
Amerika “Sepah” terror təşkilatının “Qüds” briqadası ilə “Həmas”ın maliyyə himayədarlarına sanksiya qoyub

Gunaz.tv

GünazTV: ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi avqustun 29-da bəyanat yayaraq, Oman hökumətinin yardımı ilə “Sepah” terror təşkilatının “Qüds” briqadasının və “Həmas”ın maliyyə himayədarlarına sanksiya tətbiq etdiyini bildirib.

 

Bəyanatda bildirilir ki, “Sepah”ın “Qüds” briqadası qüvvələri və Qəzzə Zolağındakı “Həmas”ın icraiyyə qolu sayılan "İzzəddin Qəssam" briqadaları arasında milyonlarla dollar pulun köçürülməsində rolu olan Məhəmməd Sərvə, Kamal Əbdülrəhman Arif Əvvad, Fuad Mahmud Əli Nasir və Məhəmməd Kamal Elay-a sanksiya qoyulub. Qeyd edilir ki, həmin şəxslər hər iki terror qruplaşmasını maliyyə dəstəyi göstərib, eləcə də texniki avadanlıqla təmin ediblər.

 

Xatırladaq ki, son günlər Amerika hökumətinin İran İslam Respublikasına qarşı sanksiyaları yenidən gücləndirilib.

 

Amerika Maliyyə Nazirliyi avqustun 28-də bəyanat yayaraq, “Sepah”la əlaqədə olaraq, İranın raket proqramı ilə əməkdaşlıq edən 5 İran vətəndaşına və 5 şirkətə sanksiya qoyduğunu açıqlayıb.  

 

Tramp hökuməti dəfələrlə bildirib ki, İran rejimi öz rəftarını dəyişib normal bir ölkə kimi davranmalı, nüvə silahlarına yiyələnmək cəhdindən əl çəkməli, raket proqramını genişləndirməkdən imtina etməli və beynəlxalq terrorizmə dəstəyini dayandrmalıdır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar