SON XƏBƏRLƏR

Amerika Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı

2021.10.20, 07:36
Amerika Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.

 

Medianın yaydığı məlumata görə, bu haqda Ağ Ev bəyanat yayıb.

 

Buna qədər Pxenyana qarşı sanskiyaların uzadılması ilə bağlı 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə oxşar fərmanlar verilib.

 

Sanksiyalar KXDR-nın nüvə və raket proqramına yönəlib. Həmçinin Pxenyanın yol verdiyi digər beynəlxalq norma pozuntularına, o cümlədən çirkli pullların yuyulması, kiberhücumlar, insan haqları pozuntularına görə, Şimali Koreya rəhbərliyini cəzalandırmaq məqsədi daşıyır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar