SON XƏBƏRLƏR

Amerika Tayvana 2,2 milyard dollarlıq silah satır

2021.10.20, 07:36
Amerika Tayvana 2,2 milyard dollarlıq silah satır

Gunaz.tv

GünAz TV: Azərbaycan Birləşmiş Ştatları (ABŞ) Tayvana 2 milyard 200 milyon dollarlıq silah satışına dair müqaviləni təsdiqləyib.

 

"Report" “Haber7”yə istinadən xəbər verir ki, Pentaqona bağlı ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi, Dövlət Departamenti silah satışına dair sənədi təsdiqlədikləri barədə Konqresi məlumatlandırıb.

 

Bildirilib ki, 2,2 milyard dollarlıq qarşılığında Tayvanın ABŞ istehsalı olan 108 ədəd “M1A2T Abrams” tankı, 250 “Stinger” raketi alacağı gözlənilir. Bundan başqa, çoxlu sayda avtomat silah, sursat, “Hercules” zirehli avtomobil, ağır texnika daşıyan maşınlar və s. texnikada satılacaq silahlar siyahısına daxil edilib. 30 gün ərzində ABŞ-la Tayvan arasında satışa dair müzakirələr başlayacaq.

 

Satışı təsdiqlənən silahları ABŞ-ın “General Dynamics Corp” və “Raytheon” şirkətləri istehsal edir.

 

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi sayır. 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar