SON XƏBƏRLƏR

Amerika Türkiyəni Rusiya ilə “S-400”-lərə dair razılığına görə sanksiyalarla təhdid edib

2021.10.20, 07:36
Amerika Türkiyəni Rusiya ilə “S-400”-lərə dair razılığına görə sanksiyalarla təhdid edib

Gunaz.tv

GünAz TV: Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

 

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, - deyə Mitçell qeyd edib.

 

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar