SON XƏBƏRLƏR

Amerika Türkiyəyə Rusiya ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
Amerika Türkiyəyə Rusiya ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyə tərəfinə Rusiya ilə Suriyaya dair razılaşmalar əldə edərkən daha diqqətli olmağı tövsiyə edib.

 

Bu barədə “TASS” Ağ Ev administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ harada olursa-olsun Rusiya tərəfinin hərəkətlərini izləyəcək və Türkiyəyə kömək edəcək.

“Türkiyədəki dostlarımızı və hər kəsi diqqətli olmağa çağırırıq”

 

Mənbə Amerika tərəfinin ölkələr arasında (Red: Rusiya-Türkiyə) mövcud razılaşmaya təsir göstərmədiyini də qeyd edib. "Report" 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar