Amerika uyğur türklərinə görə 4 Çin rəsmisinə sanksiya tətbiq edib

2020-07-10 15:02

Amerika Birləşmiş Ştatları müsəlman uyğur türklərinin hüquqlarını pozduqları üçün Sintszyan-Uyğur Muxtar Rayonunun 4 rəsmisinə qarşı sanksiya qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Sanksiya ilə bağlı qərar uyğur türklərinin sayını tənzimləmək üçün Çin rəsmilərinin onları məcburi şəkildə axtalaması ilə bağlı məlumatların yayılmasından 10 gün sonra verilib. 


Məsələ ilə bağlı bəyanat yayan Ağ Ev axtalanma məsələsinə xüsusi diqqət çəkib. 

 

Birləşmiş Ştatlar dünya ictimaiyyətini Çin Komunist Partiyasının Sintszyan əyalətində etnik və dini azlıq nümayəndələrinə qarşı qanunsuz həbslər, məcburi əmək, dini etiqada görə təqib, eləcə də icbari qaydada doğuşa nəzarət və axtalama kimi davranışları qarşısında səssiz qalmamağa çağırır", - deyə bəyanatda vurğulanır. 


Maqnitski aktı çərçivəsində qəbul edilmiş sanksiyalar Çin Komunist Partiyasının Sintszyan əyaləti şöbəsinin rəhbəri Çen Quanquo. həmçinin əyalətin İctimai Təhlükəsizlik Bürosunun və digər qurumlarının yüksək vəzifəli şəxslərini əhatə edib. Akta əsasən, ABŞ hökuməti həmin insan haqları pozanların bu ölkəyə səfəri, habelə amerikalıların onlarla biznes əlaqələrini qadağan edir. 


ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ölkəsinin sanksiya qəbul edilmiş həmin Çinli rəsmilərin ailələrinin də Amerikaya səfər etmələrinin qadağan edilməsi ilə bağlı iş aparıldığını deyib. 


Qeyd etmək lazımdır ki, Çin bir neçə ildir bölgədə uyğurlara qarşı etnik təmizləmə siyasəti aparır. Hazırda 1 milyondan çox müsəlman uyğur türkünün Çin hökumətinin yaratdığı "islah düşərgələri"ndə saxlanıldığı deyilir. Onlara qarşı amansız işgəncələrin verilməsi ilə bağlı tez-tez mediada məlumatlar və görüntülər yayılır.

 

Digər tərəfdən, İran dəfələrlə məsələyə bildirdiyi rəsmi münasibətlərdə Çinin uyğur müsəlmanlara qarşı törətdiyi cinayətlərə haqq qazandırıb, bu addımların qınanmasını "ABŞ-ın Çinin daxili işlərinə qarışması" adlandırıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyədə onlarla iranlı insan qaçaqçısı saxlanılıb

2021-01-24

gun az article

ABŞ Çinin Uyğurlara qarşı siyasətini `soyqırım` kimi tanıdı

2021-01-20

gun az article

Ermənistanda II Qareginin əleyhinə aksiya keçirilməsi planlaşdırılır

2020-12-26

gun az article

“Qafan-Əkərək yolu Azərbaycanın nəzarətinə keçib” – Qafan meri

2020-12-25

gun az article

Azərbaycan əsgərləri yol kənarında kafe işlədən erməniyə bir saat vaxt verdi — VİDEO

2020-12-25

gun az article

Prezident İlham Əliyev: Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər

2020-12-25

gun az article

Hikmət Hacıyev: “Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub”

2020-12-24

gun az article

Kəlbəcərdəki məşhur qapının YENİ FOTOSU

2020-12-24

gun az article

Prezident İlham Əliyevin doğum günüdür

2020-12-24

gun az article

Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

2020-12-24

gun az article

İtaliya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

2020-12-24

gun az article

Gürcüstanda iki azərbaycanlı güllələnib

2020-12-24

gun az article

Nazir: “Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

2020-12-23

gun az article

Ağdamın Seyidli kəndindən - VİDEOGÖRÜNTÜLƏR

2020-12-23

gun az article

Zəngilanın Mincivan qəsəbəsi - VİDEO

2020-12-23

gun az article

İşğaldan azad olunan ərazilərin bərpası ilə bağlı konsepsiyanın əsas istiqamətləri açıqlanıb

2020-12-22

gun az article

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir - VİDEO

2020-12-22

gun az article

XİN: UNESCO-nun açıqlamaları Azərbaycanla əməkdaşlığın ruhuna uyğun gəlmir

2020-12-22

gun az article

Vətən müharibəsi şəhidlərinin sayı 2802 nəfərə yüksəlib

2020-12-21

gun az article

Şoyqu: “Bu günə kimi Qarabağda bir dənə də olsun ciddi insidentin baş verməsinə icazə verilməyib”

2020-12-21