SON XƏBƏRLƏR

Amerika və mədəni dünya Çinə qarşı sanksiyalara hazırlaşır

2021.10.20, 07:36
Amerika və mədəni dünya Çinə qarşı sanksiyalara hazırlaşır

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Çinin Sintszyan əyalətində müsəlman uyğur türklərinə qarşı qəddar rəftar edən və işgəncə verən Çinli rəsmilərə qarşı sanksiyalar tətbiq edə bilər.

 

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəd 25 senator və konqresmen tərəfindən hazırlanıb.

 

Onların təklifi ilə ABŞ Dövlət Departamentində uyğurlarla bağlı xüsusi koordinator vəzifəsi təsis olunacaq. Eyni zamanda aralarında Avropa Birliyi, Kanada, Avstraliya və İsveçrə kimi ölkələrin olduğu 15 ölkənin səfirləri Sincan əyalətinin partkomu Çem Syuanqoya məktub göndərərək “uyğur problemi”ni müzakirə etmək istədiklərin bildiriblər.

 

ABŞ Konqresində bəhs edilən 25 üzdən 10-u aşağı palataya, 15-i isə Senata aiddir. Bunlalrın içində fərqli partiyalara mənsub Marko Rubio (Respublikaçı) və Elizabet Uorren (Demokrat) kimi nüfuzlu senatorlar da var.

 

“Milyonlarala uyğurun və digər müsəlmanların düşərgələrdə həbs edilməsi dəhşətli bir zülmdür və bu beynəlxaq birlik tərəfindən insanlıq əleyhinə cinayət kimi dəyərləndirilməlidir”,- deyə respublikaçı konqresmen Kristofer Smit bildirib. “Çinin uyğurlarla davranışı insan ləyaqətinə təhdiddir”,- deyə senator demokrat Bob Menendez bununla bağlı qanun layihəsini parlamentə təqdim edərkən şərh verib. Qanun təşəbbüsünün tərəfdarları prezident Donald Trampdan ardıcıl mövqe sərgiləməyi və Çinin avtokratik rejiminin ədalətsiz hərəkətlərinə göz yummamağı tələb ediblər.

 

Çin tərəfindən “tərbiyə düşərgələri”nə zorla aparılan milyon məhkumla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitənin iclasında da müzakirə olunub.

 

Həmin düşərgələrdə heç bir məhkəmə olmadan İslam dininin qaydalarına əməl edən insanlar zorla götürülürlər.

 

Şahidlərin ifadəsinə görə, məhkumlara zorla dindən üz döndərilir, onlar donuz əti yeməyə məcbur edilir, çin dilini öyrənməyə, habelə Çin vətənpərvər mahnılarını oxumağa vadar olunurlar.

 

Çin özü bu düşərgələrin varlığını inkar etmir və onları sadəcə “peşəkar hazırlıq” mərkəzləri adlandırır.

 

Səfirlərin SUMR ərazisinə getməklə bağlı məktubuna şərh verən Çin Xarici İşlər Nazirliyinin katibi Xua Çunyin “səfirlərin əsas vəzifəsini olduqları ölkənin hakimiyyətinə boş sorğular yollamaqdansa ölkələr arasında dostluq münasibəltərini inkişaf etdirməli olduğunu” söyləyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar