SON XƏBƏRLƏR

Amerika və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib

2021.10.20, 07:36
Amerika və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib

Gunaz.tv

GünAz TV: Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatları və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib.

 

Bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Xəbər verməyə şadam ki, Birləşmiş Ştatlar Meksika ilə razılıq əldə edib. ABŞ-ın bazar ertəsi Meksikaya qarşı planlaşdırdığı rüsum tətbiqi bununla əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb", — deyə o bildirib.

 

Trampın sözlərinə görə, Meksika qanunsuz miqrasiya ilə bağlı mübarizə üçün ABŞ-la sərhəddə qəti addımlar atmağa razılıq verib. "Report"

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar