SON XƏBƏRLƏR

“Amerika və Rusiya terrorçuluqla mübarizəyə dair görüşləri hər il keçirəcək”

2021.10.20, 07:36
“Amerika və Rusiya terrorçuluqla mübarizəyə dair görüşləri hər il keçirəcək”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiyanın terrorçulara qarşı mübarizəyə dair görüşləri hər il olacaq və yaxın gələcəkdə ekspert səviyyəsində davam etdiriləcək.

 

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vyanada ABŞ dövlət katibinin birinci müavini Con Sallivan və Rusiya xarici işlər nazirinin birinci müavini Oleq Sıromolotovla məsləhətləşmələrin ardından Dövlət Departamentindən bildirilib.

 

“ABŞ və Rusiya hər il iki ölkə arasında yüksək səviyyəli terrorizmlə mübarizəyə dair dialoq aparmağa razılıq verdilər və həmçinin ABŞ və Rusiya antiterror ekspertləri gələcək aylarda əməkdaşlıq imkanlarını araşdırmaq üçün görüşəcəklər”, - Dövlət Departamentinin məlumatında belə deyilir.

 

Sıromolotovla görüşdə Sullivan, eləcə də seçkilərin təhlükəsizliyi və Ukraynadakı vəziyyətlə bağlı məsələləri qaldırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar