SON XƏBƏRLƏR

Amerika və Türkiyə NATO-nun Yaxın Şərqdəki rolunun gücləndirilməsini müzakirə edib

2021.10.20, 07:36
Amerika və Türkiyə NATO-nun Yaxın Şərqdəki rolunun gücləndirilməsini müzakirə edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Maykl Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun açıqlamasında bildirilir.


Qeyd edilir ki, tərəflər telefon danışığının gedişatında Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Dövlət rəsmilərinin söhbətində həmçinin Şimali Atlantika İttifaqının regionda oynadığı rol diqqət mərkəzində olub.


"Dövlət katibi Maykl Pompeo bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yaxın Şərqdə hadisələrin müzakirəsi üçün danışıq apardı. Dövlət katibi Pompeo yenidən bildirib ki, NATO regionda daha əhəmiyyətli rol oynamalıdır", - xəbərdə deyilir. Amerikanın xarici siyasət idarəsinin başçısı həmçinin ABŞ-ın BMT vasitəsilə Suriyada sülhün nizamlanmasına sadiqliyini vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar