SON XƏBƏRLƏR

Amerikada bütün iranlı diplomatların hərəkətlərinə məhdudiyyətlər qoyulub

2021.10.20, 07:36
Amerikada bütün iranlı diplomatların hərəkətlərinə məhdudiyyətlər qoyulub

Gunaz.tv

GünAz TV: Rəsmi Vaşinqtonun Amerikada fəaliyyət göstərən bütün iranlı diplomatlar və onların ailələrinin bu ölkədə hərəkətinə məhdudiyyətlər tətbiq etdiyi barədə xəbərlər yayılıb.

 

Məlumatlarda qeyd edilir ki, ABŞ İranın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinə məktub göndərib. Məktubda diplomatlardan və onların ailələrindən BMT-yə gedən yollardan, İranın təşkilatdakı nümayəndəliyindən, İran səfirinin yaşadığı ərazi və Con Kennedi hava limanından başqa digər ərazilərə getməmələri istənilir. Qeyd etmək lazımdır ki, İranın BMT-də yanındakı nümayəndəliyində 13 diplomat fəaliyyət göstərir.

 

Diplomatların gedə biləcəkləri yer kimi müəyyənləşdirilən bu ərazilər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Nyu-Yorka etdiyi son səfər zamanı  ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin tərkib hissəsidir.

 

Qərarla bağlı ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirmişdi ki, amerikalı diplomatlar İrana gedə bilmədiyindən, iranlı diplomatların da bizim ölkədə ürəkləri istəyən yerlərə getməyi və azad şəkildə gəzməyi üçün bir səbəb yoxdur.

 

Məktubda həmçinin qeyd edilir ki, bu məhdudiyyətlər ABŞ-a səfərə gələn iranlı rəsmiləri də əhatə edir. İcazə verilmiş ərazilərdən başqa bir yerə nəzərdə tutulmuş yerə getmək üçün İran tərəfi azı 5 gün əvvəl ABŞ Dövlət Departamentinə müraciət etməli, daha sonra qurumun təsdiqini gözləməlidir. Bundan başqa, İranın BMT-dəki nümayəndəliyi ölkəsindən gələn rəsmilərin qalacaqları yer və ya otelə görə Dövlət Departamentindən icazə almalıdır.

 

Vaşinqton bildirir ki, bu məhdudiyyətlər ABŞ-la BMT arasında 1947-ci ildə imzalanmış müqavilənin müddəalarına əsasən tətbiq edilib. Sözügedən müqaviləyə görə, Amerika diplomatlara BMT-də fəaliyyət göstərməyə icazə verməlidir. Lakin ABŞ təhlükəsizlik, terrorizm və xarici siyasət məsələlərinə görə diplomatlara viza verməkdən imtina edə bilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar