Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13 13:37

​​​​​​​Amerikada və digər Qərb dövlətlərində İrana yanaşma dəyişir.

Gunaz.tv Quote | Gunaz article

Bu günlərdə Amerikanın Demokratiyanı Müdafiə Fondunda (FDD) “İran yalnız Fars deyil: İslam Respublikasında etnik siyasət” mövzusunda keçirilən müzakirə əks-səda doğurub.

Harvard Universitetinin “Kennedi” Kollecinin Kaspin Tədqiqat Proqramının tədqiqat direktoru və İranla bağlı tədqiqatçı Brenda Şaffer, FDD-nin Araşdırma üzrə Baş vitse-prezidenti Jonathan Schanzer,  CIA (Mərkəzi Kəşfiyyat Agentliyinin) Əməliyyat Müdirliyində mütəxəssis olaraq calışmış Reuel Marc Gerecht və Günaz.Tv-nin rəhbəri Əhməd Obalının iştirak etdiyi toplantıda belə nəticəyə gəlinib ki, İranda əhalinin əksəriyyəti qeyri-farslardır və İrana yönəlik siyasət dəyişməlidir.

İranla bağlı məsələdə qərarlar qeyri-fars millətlərini, əsasən də azərbaycanlıları nəzərə alaraq verilməlidir.

Milli Məclisin sabiq üzvü, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Günaz.TV-yə açıqlamasında deyib ki, bu cür müzakirələrin keçirilməsi Güney Azərbaycan məsələsinin gündəmə gəlməsini asanlaşdırır: “Bu çox vacib məsələdir. Ən vacib nüans Azərbaycan məsələsinin gündəmə gəlməsidir. İranda qeyri-farsların məsələsi müzakirəyə çıxarılırsa, bu, olduqca əhəmiyyətlidir. 

Etibar Məmmədov siyasətə qayıdır? – “Şəxsi açıqlamasından sonra məlum  olacaq”
Azərbaycan türkləri İran əhalisi arasında sayına, nüfuzuna və təsir imkanlarına görə öncül yerlərdən birini tutur. Onların hüquqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması çox vacibdir. Bu müzakirəni ciddi addım hesab edirəm”.

Etibar Məmmədov hesab edir ki, Güney Azərbaycan Milli Hərəkatı mərhələ-mərhələ irəliləməlidir: “Bu məsələ tədricən olmalıdır. Məsələnin birdən-birə gündəmə gəlməsi azərbaycanlıların öz aralarında belə fikri ayrılığı yarada bilər. İlk növbədə gündəmə gəlməli məsələ azərbaycanlıların bir millət kimi hüquqlarının tanınması məsələsidir. 

Güney Azərbaycan türklərinin ana dilində təhsil problemi öndə olmalıdır. Azərbaycanlılar milli mədəniyyətlərini inkişaf etdirmək imkanlarına malik olmalıdır. Bu kimi məsələlərin öndə olması hamı tərəfindən qəbul olunmalıdır. Bu məsələlər ətrafında gücləri birləşdirmək oalr. Çünki məsələ ilə bağlı fikir ayrılığı ola bilməz. Heç bir azərbaycanlı deyə bilməz ki, mənim övladım Azərbaycan türkçəsində təhsil almasın, Azərbaycan mədəniyyətini öyrənməsin. Buna heç kim narazı ola bilməz. Mənim fikrimcə, bunla bağlı güc mərkəzi yaratmaq olar”.


AMİP lideri Güney Azərbaycan Milli Hərəkatının hazırki durumundan da danışıb. Onun fikrincə, hərəkat keyfiyyət dəyişikliyinə keçməlidir: “Çox təəssüf ki, milli hərəkatda təmərküzləşmə baş vermədi. Mənim fikrimcə daha çox insanların cəlb olunması lazımdır. Hazırda Güneydə gedən proseslərin ümummilli bir hərəkata çevrilməsinə ehtiyac var. 

Özünü Azərbaycan türkü hiss edən insanların birləşməsi, prosesə qoşulması, “əlini daşın altına qoyması”na nail olmaq lazımdır.  Birdən-birə siyasi tələblərin ortaya çıxması bəzi insanları prosesdən çəkindirə bilər. Milli hərəkatın keyfiyyət dəyişikliyinə keçməsi üçün kifayət qədər nüfuzlu şəxslərin prosesə cəlb olunmasına nail olmalıyıq. Tələbləri İran qanunlarına uyğun olaraq qoymaq lazımdır. Təəssüf ki, 90-cı illərdən bu yana bu qeyd olunanlara nail ola bilməmişik”.


Etibar Məmmədov deyib ki, dövr dəyişdiyi üçün Qərbdə İrana yanaşma da dəyişə bilər: “Amerikanın və başqa Qrəb dövlətlərinin münasibəti geopolitik baxışlarla bağlıdır. Ancaq zaman və imkanlar dəyişir. O baxışlarda dəyişiklik ola bilər. Amma o dəyişikliyin olması üçün daxildən hərəkatın üzə çıxması, tələblərini irəli sürməsi vacibdir”.


Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13

gun az article

Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

2021-06-13

gun az article

Mirhüseyn Musəvi prezident seçkilərini boykot edib: "Təslim olmaq istəməyənlərin yanında olacağam"

2021-06-13

gun az article

Türkiyə səfiri: Ərdoğanın Şuşaya səfərinə hazırlıq davam edir

2021-06-13

gun az article

Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi

2021-06-13

gun az article

Paşinyan gülünc vəziyyətə düşdü

2021-06-13

gun az article

ABŞ Azərbaycanın humanitar addımını alqışladı

2021-06-13

gun az article

AVRO-2020: Belçika millisi Rusiyanı darmadağın edib

2021-06-13

gun az article

Ermənistan Ağdamda basdırılmış minaların xəritəsini Azərbaycana təhvil verdi

2021-06-12

gun az article

Paşinyan müxalifəti təhqir etdi, xalqı meydanlara çağırdı

2021-06-12

gun az article

Bu gün İranda prezidentliyə namizədlərin 3-cü debatı keçiriləcək

2021-06-12

gun az article

Akademik Çingiz Qacar vəfat edib

2021-06-12

gun az article

Azərbaycanda bəzi şəxslərə vaksinin üçüncü dozası vurulacaq

2021-06-12

gun az article

Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12

gun az article

İlham Əliyev: "İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir"

2021-06-12

gun az article

İranın Kirman əyalətində ağır yol qəzası: Bir ailənin 5 üzvü ölüb

2021-06-12

gun az article

"Televiziyalarımız oyanış prosesində mərkəz rolunu oynamalıdır"-Elnur Eltürk

2021-06-12

gun az article

Laçının Kamallı kəndindən görüntülər - VİDEO

2021-06-12

gun az article

İranın Şimali Xorasan əyalətində 4,3 bal gücündə zəlzələ olub

2021-06-12

gun az article

Azərbaycan nefti 74 dollara yaxınlaşır

2021-06-12