SON XƏBƏRLƏR

Amerikada ticari sirləri İrana ötürən iranlı mühəndisin məhkəməsi keçiriləcək

2021.10.20, 07:36
Amerikada ticari sirləri İrana ötürən iranlı mühəndisin məhkəməsi keçiriləcək

Gunaz.tv

GünAz TV: Bu gün Amerikanın Miçiqan ştatı məhkəməsində ticari sirləri İrana ötürdüyünə görə həbs edilən İran əsilli mühəndis Əmin Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

 

İran əsilli, 42 yaşlı mühəndis Əmin Həsənzadə bir müddət əvvəl Amerika Federal Polisi- FBİ tərəfindən saxlanılıb və o, ticari sirr təşkil edən məlumatları İrana ötürməkdə təqsirli bilinir.

 

Məlumatlarda qeyd edilir ki, Miçiqan ştatında maşınqayırma və aerokosmik sahədə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşı imiş və o, işlədiyi quruma dair məxfi xarakter daşıyan məlumatları İranda yaşayan qardaşına göndərirmiş.

 

Sözügedən ştatın Detroyt şəhər məhkəməsinin yaydığı məlumata əsasən, ABŞ vətəndaşlığı olan Həsənzadə bu əməlləri 2015-2016-cı illər ərzində şirkətdə çalışdığı zaman törədib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar