SON XƏBƏRLƏR

Amerikadan intihar edən qızın ölümünə münasibət: “Rejimin ən böyük qurbanı İran xalqıdır”

2021.10.20, 07:36
Amerikadan intihar edən qızın ölümünə münasibət: “Rejimin ən böyük qurbanı İran xalqıdır”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin “Twitter”də fars dilində fəaliyyət göstərən səhifəsi Tehran məhkəməsinin önündə özünü yandıraraq intihar edən qızın ölümünə münasibət bildirib.

 

Dövlət Departamenti Səhər Xudayari adlı bu gənc qızın faciəvi ölümünün insanları sarsıtdığını və İran xalqının İslam Respublikası siyasi rejiminin ən böyük qurbanı olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Səhər Xudayari bir neçə ay öncə kişi paltarı geyinib, futbola tamaşa etmək üçün stadiona daxil olmaq istəyən zaman saxlanmışdı. O, ötən həftə futbola baxmaq istədiyi üçün özünə qarşı qondarma ittihamlarla həbs cəzasının nəzərdə tutulduğunu anlayanda, Tehran məhkəmələrinin birinin önündə üzərinə benzin tökərək, özünü yandırmışdı. Gənc qız 2 gün öncə aldığı ağır yanıq yaralarından xəstəxanada ölmüşdü.

 

Səhər Xudayarinin ölüm xəbəri insanların hiddətinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri FİFA-nı İrana qarşı qadınların stationlara girişini qadağan etdiyi üçün qəti tədbirlər görməyə çağırırlar.

 

FİFA-nın gənc qızın ölümü ilə bağlı yaydığı bəyanatda bildirilir: “bu gün İranda baş vermiş bu kədərli hadisədən xəbər tutmuşuq və bu faciə bizi çox dərin sarsıtdı. Səhərin ailəsi və dostlarına baş sağlığı veririk.”

 

Digər tərəfdən, "Amnesty İnternational" isə Səhər Xudayarinin ölümünə bildirdiyi münasibətdə bunu İranda qadın haqlarının ayaqlar altına alınmasının digər bariz nümunəsi adlandırıb.

 

Səhər Xudayari xəstəxanada olan zaman həkimlər onun barədə məlumat verməyə icazələrinin olmadığını bildirirdilər. Gənc qızın səhhəti ilə bağlı xəbər hazırlamaq üçün xəstəxanaya gedən jurnalistlərə isə “bu cinayət işində milli təhlükəsizlik motivləri var” deyilərək, onların Səhərlə görüşünə icazə verilmirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar