Amerikalı ekspert: "Ağ Ev Avropanın ən vacib ölkəsi olan Türkiyə ilə strateji əlaqələr qura bilməyib"

2021-04-28 12:10

"ABŞ-ın bütün hərbi texnikasının və qoşunlarının Əfqanıstandan çıxarılması prosesində Azərbaycan, Türkiyə və Pakistanın rolu böyük əhəmiyyətə malikdir".

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Piter Teys bildirib.

ABŞ Prezidenti Cozef Bayden aprelin 14-də amerikalı əsgərləri Əfqanıstandan mayda çıxarmağa başlamağı planlaşdırdığını bəyan edib.

Ekspertin fikrincə, bütün hərbi texnikanı Əfqanıstandan çıxarmaq, məntiqi baxımdan, ABŞ üçün çox çətin olacaq: “Qeyd etmək lazımdır ki, Prezident Bayden ABŞ senatoru olduğu ilk günlərindən bəri son qırx il ərzində, demək olar ki, bütün əhəmiyyətli xarici siyasət və milli təhlükəsizlik məsələsində səhvlərə yol verib... Texnikanın böyük hissəsi hava yolu daşına bilər. 

Pakistan və Orta Asiyadan keçən quru yollardan da istifadə ediləcək. Prezident Baydenin Ermənistanın faşist rejimini dəstəkləyən son bəyanatlarını və saxta “erməni soyqırımı”nı tanımasını nəzərə alsaq Ağ Ev üçün Bakı və İstanbuldakı hava limanlarından istifadəni təmin etmək çox çətin olacaq. Pakistanda isə Vaşinqton Əfqanıstanı tərk edən hərbi texnikasının və əsgərlərinin hava və quru yolu ilə daşınmasını və keçidini təmin etmək üçün böyük bir məbləğ xərcləyəcək”.

Onun sözlərinə görə, bu Baydenin prezidentliyi dövründə kritik bir məqamdır.

“Ağ Ev Avropanın ən vacib geosiyasi ölkəsi və oyunçusu olan Türkiyə ilə strateji əlaqələr qura bilməyib. Oxşar münasibət Azərbaycana da tətbiq olunub, çünki Vaşinqton ötən ilin payızında İkinci Qarabağ müharibəsinin 44 günü ərzində səssiz və (diplomatik baxımdan) hərəkətsiz qalıb. O, hazırda da əsassız olaraq Bakı ilə dondurulmuş münasibətləri saxlamağa davam edir”, – P.Teys deyib. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15

gun az article

Türkiyə MN: Pis və yaxşı günlərdə Azərbaycanla birlikdə olmağa davam edəcəyik

2021-06-15