Amerikalı rəsmi: “Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

2020-07-14 13:27

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brien, iyulun 13-də “The Town Hall” saytına verdiyi müsahibəsində İranın nüvə silahına yiyələnmək məqsədilə apardığı gizli fəaliyyətindən və son həftələr İranın bir sıra həssas mərkəzlərində baş verən şübhəli partlayışlardan danışıb.

Gunaz.tv Quote | Gunaz article


“The Town Hall” saytının müxbirinin verdiyi “Siz son vaxtlar İranda baş verən şübhəli partlayışlar barədə nə bilirsiniz” sualını cavablandıran Robert O'Brien deyib ki, Tramp hökuməti İranın nüvə silahına yiyələnməyə cəhd göstərməsindən tam xəbərdardır: “
"Biz bunu israillilərin şücaətlə həyata keçirdikləri kəşfiyyat əməliyyatında əldə etdikləri sənədlərdən bilirik. Biz həm də bilirik ki, iranlılar Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin iki nüvə təsisatına baxış keçirməsinə mane


olublar. Onlar (iranlılar) NPT və nüvə sazişi (Bərcam) ilə bağlı üzərlərinə götürdükləri öhdəliklərə sadiq deyillər. Beləliklə də, onlar nüvə silahı istehsal etmək istiqamətində hərəkət edirlər. Mənim isə deyə biləcəyim yeganə söz odur ki, Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. 


Daha doğrusu, prezident Tramp açıq şəkildə bildirib ki, o ABŞ-ın prezidenti olduğu müddətdə İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcək” -deyə, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brien, “The Town Hall” saytına verdiyi müsahibəsində bəyan edib.


Qeyd edək ki, son həftələr İranın Nətənz nüvə təsisatında, Tehranın şərqində yerləşən Parçin təsisatının yaxınlığındakı Xocir nüvə mərkəzində, eləcə də Əhvazın elektrik stansiyasında və daha bir neçə həssas sənaye mərkəzində partlayışlar və yanğın baş verib. 


Rəsmi Tehran baş vermiş partlayışlar və yanğınların səbəbi barədə hər hansı bir açıq və konkret məlumat yaymasa da, bir sıra mənbələr həmin mərkəzlərdə baş verən partlayışların İsrail tərəfindən həyata keçirdiyini bildirirlər.


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı uşu idmançısı koronavirusdan ölüb

2020-08-14

gun az article

İranda daha 169 nəfər “Covid-19”dan ölüb, 2501 yeni növ koronavirusa yoluxma halı açkarlanıb

2020-08-14

gun az article

“Sepah”ın Suriyada həlak olmuş daha 2 əfqan muzdlusunun cənazəsi ölkəyə gətirilib

2020-08-14

gun az article

Kirman əyalətində koronavirusa yoluxanların sayı 583 nəfərə çatıb, 12 nəfər vəfat edib

2020-08-14

gun az article

Mayk Pompeo: “Orta Şərq yekdilliklə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını tələb edir”

2020-08-14

gun az article

İran BƏƏ ilə İsrail arasında əldə edilmiş tarixi razılaşmanı pisləyib

2020-08-14

gun az article

Amerika Venesuelaya benzin daşıyan 4 İran tankerini saxlayıb

2020-08-14

gun az article

Zərif Beyruta rəsmi səfər edib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

2020-08-13

gun az article

GünazTV Aug.13.2020: “Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

2020-08-13

gun az article

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ermənistan səfiri ilə görüşüb

2020-08-13

gun az article

Buşehr əyalətində koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-13

gun az article

İsrail yeni hava hücumundan müdafiə sistemini uğurla sınaqdan keçirib

2020-08-13

gun az article

Makronla Ruhani Livandakı vəziyyəti müzakirə ediblər

2020-08-13

gun az article

Pompeo Avropanın İrana qarşı silah embarqosununun uzadılmasını dəstəkləyəcəyindən əminlik ifadə edib

2020-08-13

gun az article

İranda daha 174 nəfər koronavirusdan ölüb, 2625 nəfər xəstəliyə yoluxub

2020-08-13

gun az article

İran beynəxalq sularda Liberiya bayrağı ilə üzən gəmi saxlayıb- VİDEO

2020-08-13

gun az article

İranın neft istehsalı azalmağa davam edir

2020-08-13

gun az article

Tehranda karantin qaydaları uzadılıb

2020-08-13

gun az article

Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb

2020-08-13