SON XƏBƏRLƏR

Amerikalı rəsmilər: “İran özünə bağlı şiə yaraqlıları Əl-Füceyrə limanında gəmilərə hücum eməyə təşviq edib”

2021.10.20, 07:36
Amerikalı rəsmilər: “İran özünə bağlı şiə yaraqlıları Əl-Füceyrə limanında gəmilərə hücum eməyə təşviq edib”

Gunaz.tv

GünAz TV: Amerikalı iki rəsmi İranın özünə bağlı şiə yaraqlıları “Əl-Füceyrə” limanında lövbər almış ticari gəmilərə hücum eməyə təşviq etdiyini deyib.

 

“Reuters”ə açıqlama verən adlarının çəkilməsini istəməyən 2 amerikalı rəsmi bildirib ki, İran bu hücum üçün ya husilərdən, ya da İraqda fəaliyyət göstərən özünün himayə etdiyi şiə yaraqlıları təşviq edib. Onlar bu hücumu İran tərəfindən həyata keçirilmiş provokativ addım və regionda gəmiçiliyin fəaliyyətinə qarşı hədəflənmiş təhdid adlandırıblar.

 

Xatırladaq ki, BƏƏ mayın 12-də bu ölkənin “Əl-Füceyrə” limanında 4 ticari gəminin təxribatçı hücuma məruz qaldığı və hadisə nəticəsində ölən və yaralananın olmadığı barədə məlumat yaymışdı.

 

Rəsmilərdən birinin “Reuters”ə dediklərinə əsasən, “ABŞ əlində hələ ki, maddi dəlil olmamasına baxmayaraq, İranın öz nəzarətində olan şiə yaraqlılarına bu cür hücum və təxribatçı addımlar atması üçün yaşıl işıq yandırdığına əmindir”.

 

Bundan öncə də amerikalı rəsmilər ilkin tədqiqatların rəsmi Tehranın bu təxribatçı hücumda əli olduğunu göstərdiyini demişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar