SON XƏBƏRLƏR

Amerikalı senator: "İran rejimi bədxah əməllərinə davam etməyi xalqının ehtiyaclarını qarşılamaqdan üstün tutur"

2021.10.20, 07:36
Amerikalı senator: "İran rejimi bədxah əməllərinə davam etməyi xalqının ehtiyaclarını qarşılamaqdan üstün tutur"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Xarici Əlaqələr Komitəsinin sədri Ceymz Risç "Sepah" terror təşkilatı tərəfindən kosmosa hərbi peyk göndərilməsi məsələsinə münasibət bildirib.

 

O qeyd edib ki, bu addım bir daha göstərir ki, İran rejimi öz bədxah əməllərinə davam etməyi xalqının ehtiyaclarını qarşılamaqdan üstün tutur. Senatorun sözlərinə görə, koronavirusla mübarizə üçün İran Amerika sanksiyalarının ləğv edilməsini istədiyi bir vaxtda "Sepah"ın büdcəsini daha da çoxaldır və kosmosa raket buraxmaq üçün əlavə vəsaitlər xərcləyir.

 

Ceymz Risç əlavə edib ki, kosmosa hərbi peykin göndərilməsi bir daha İranın kosmik proqramının dinc olmadığını isbata yetirir.

 

"Bu addım İranın qitəlar arası ballistik raket əldə edə biləcəyini və 2015-ci ildə imzalanmış nüvə razılaşmasında mövcud olan boşluqları göstərir", - deyə senator əlavə edib.

 

Riçs sonda İranın kosmik proqramını sivil xalqlara qarşı təhdid və Amerikanın müdafiə xarakterli raket potensiyalını gücləndirməsi üçün amil kimi dəyərləndirib.

 

Bundan öncə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da İranın kosmik proqramını təhlükəli və hərbi adlandırmış, ölkəsinin rəsmi Tehranın bu proqramının dinc olmasına dair iddialarını heç vaxt qəbul etməyəcəyini bəyan etmişdi.

 

Xatırladaq ki, "Sepah" terror təşkilatın aprelin 22-də yaydığı bəyanatda "Nur" adlı hərbi peyki "müvəffəqiyyətlə" kosmosa göndərdiyini iddia etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar