Amerikanın B-52 bombardmançıları yenidən körfəz səmasında uçublar. Uçuşlarda məqsəd İrana xəbərdarlıqdır

2021-01-18 13:21

Amerikanın strateji B-52 bombardmançı təyyarələri yanvarın 17-də yenidən İran körfəzi səmasında uçaraq rəsmi Tehrana xəbərdarlıq ediblər. Bu isə, B-52 bombardmançılarının cari yanvar ayında körfəz səmasında 2-ci, son aylarda isə 5-ci uçuşudur.

Gunaz.tv Quote | Gunaz article

İsrail mənbələrinin yaydığı xəbərə əsasən, Amerikanın 2 ədəd strateji B-52 bombardmançı təyyarəsi dünən səhər saatlarında İsrail səmasını geridə buraxaraq, İran körfəzinə yollanıblar və körfəz səmasında reyd keçiriblər. 


Həmin gün, “Sepah” terror təşkilatı körfəzdə keçirdiyi “Pəyambər-i Əzəm” hərbi təlimlərində orta mənzilli raketlərin sınaqdan keçirilməsindən xəbər vermişdi. 


ABŞ-ın Mərkəz (CENTCOM) komandanı general Kenneth Frank Mackenzie bununla bağlı “Twitter” hesabında paylaşım edərək, B-52 bombardmançıların körfəz səmasında keçirdiyi uçuşların uğurlu alındığını, onlara tapşırılan yeni missiyanı layiqincə yerinə yetirdiklərini açıqlayıb: “Amerikanın strateji B-52 bombardmançılarının İran körfəzinə göndərilməsi, bizim regiondakı müdafiə xətt və hərbi quruluşumuzun mühüm bir hissəsidir. Bombardmançıların yerinə yetirdiyi bu missiya, Amerikanın regionun təhlükəsizliyini qorumaq üçün üzərinə götürdüyü öhdəliyə sadiq qaldığını göstərir”, -deyə, “CENTCOM” komandanı general Kenneth Frank Mackenzie “Twitter”də etdiyi paylaşımında vurğulayıb. 


Qeyd edilir ki, sözü gedən bombardmançıların son aylarda Orta Şərqdə, o cümlədən də körfəz səmasında uçuşlar keçirməsi qabaqlayıcı xarakter daşıyır və İran rejiminin bölgədə təxribat xarakterli addımlarının qarşısını almaq məqsədilə gerçəkləşdirilir. 


Hər iki bombardmançı təyyarənin körfəz səmasındakı uçuşlardan sonra İsrailə qayıtdıqları bildirilir. 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15