SON XƏBƏRLƏR

Amerikanın hərbi gəmisi İranın pilotsuz uçan aparatını vurub

2021.10.20, 07:36
Amerikanın hərbi gəmisi İranın pilotsuz uçan aparatını vurub

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 18-də Ağ Evdə jurnalistlərlə görüşündə İranın körfəzdə uçan bir pilotsuz aparatını vurduqlarından xəbər verib.

 

Tramp deyib ki, İranın pilotsuz uçan təyyarəsi Hörmüz Boğazında üzən Amerikanın USS Boxer hərbi gəmisinin bir kilometrliyinə yaxınlaşaraq gəmiyə təhlükə yaradıb: “İran PUA-sına bir neçə dəfə xəbərdarlıq edilib. Lakin o həmin xəbərdarlıqlara məhəl qoymayaraq gəmi ekipajına təhlükə yaratdıb. Məhz həmin təhlükədən sonra İran PUA-sı dərhal vurularaq məhv edilib.

 

Bu, İranın beynəlxalq sularda üzən gəmilərə qarşı atdığı provokativ və hədələyici addımlarından ən yenisidir. Amerika Birləşmiş Ştatları isə öz qüvvələrini, obyekt və təsisatlarını və mənafeyini qorumaq hüququnu özündə saxlayır. Biz bütün ölkələrdən İranın dünya ticarətinə və naviqasiya azadlığına xələ gətirmək üçün atdığı təxribat xarakterli addımlarını pisləməsini istəyirik. Mən həmçinin digər ölkələrdən istəyirəm ki, Hörmüz Boğazında hərəkət edən öz gəmilərini qorusunlar və bununla bağlı gələcəkdə bizimlə əməkdaşlıq etsinlər” –deyə ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

ABŞ-ın USS Boxer hərbi gəmisi

 

Trampın bu açıqlamasının ardınca Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında deyib ki, onun İran PUA-sının vurulmasından xəbəri yoxdur: “Mənim hələ ki, hansısa bir pilotsuz uçan aparatımızı vurulmasından xəbərim yoxdur” –deyə Zərif vurğulayıb.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar