SON XƏBƏRLƏR

Amerikanın məxfi sənədlərində İran-Taliban münasibətləri

2021.10.20, 07:36
Amerikanın məxfi sənədlərində İran-Taliban münasibətləri

Gunaz.tv

GünAzTv: İran Prezidenti Mahmud Əhmədinejad Əfqanistanla bağlı üzə çıxan ABŞ (Amerika Birləşmiş Ştatları) gizli sənədlərində rəsmi Tehranın Taliban silahlı dəstələrinə yardım etdiyi iddialarını yalanlayıb.

 

O, Tehranda ABŞ-ın CBS telekanalına müsahibəsi zamanı bu ittihamlar haqda açıq danışmasada İranın Əfqanistanın daxili işlərinə qarışmadığını bildirib. Onun sözlərinə görə, İran Əfqanistanda heç bir qrup və ya təşkilatı dəstəkləmir, yalnız Əfqan xalqını dəstəkləyir. Xatırladaq ki, Əfqanistanda Hamid Kərzainin ikinci dəfə prezident seçilməsindən sonra İran prezidenti Mahmud Əhmədinejad onu ilk təbrik edənlərdən olub.

 

İranın yayğın qənaətə görə əsas düşmənlərindən biri kimi gördüyü Talibana dəstək verdiyinə dair xəbərlər İyulun 27-də gündəmə gəlib. Belə ki, bəzi Qərb qəzetləri “Vikileyks” veb saytında yayımlanan ABŞ-ın Əfqanistanla bağlı 90 min məxfi hərbi sənədini araşdıraraq, bu sənədlərdə yer alan İranla bağlı ittihamları çap ediblər. Bunlardan Böyük Britaniyada çap olunan “Deyli Teleqraf” qəzeti bu sənədlərə əsaslanaraq 2005-ci ildə İran rəsmilərinin bir qrup Talibanla görüşərək hər əfqan əskərinin öldürülməsinə görə 1700, hər əfqan dövlət məmurunun qətlə yetirilməsi üçün 3500 dollar təklif etdiyini yazıb. Qəzet həmçinin eyni il İran yetkililərinin Əfqanistanda hakimiyyətə qarşı silahlı mübarizə aparan İslam Partiyasının sədri Gülbəddin Hikmətyarın adamlarına 200 min dollar nəqd pulun verməsi barəsində də məlumat yayıb. Yenə,  ABŞ-da çap olunan “Val strit Jurnal” da bu gizli sənədlərə istinadən bildirib ki, İran 2005-ci ildə Hikmətyarla Əl-qaidə lideri Üsamə Bin Ladinin bir köməkçisinin Şimali Koreyaya getməsinə və oradan uzaqdan idarə edilə bilən raketlər almasına yardım edib. Qəzetlər bu sənədlərdə İrana qarşı başqa ittihamların olduğu barədə də məlumatlar yayımlayıblar.

 

Xatırladaq ki, “Vikileyks” vebsaytında yayımlanan sənədlərdəki informasiyaların doğruluğu ABŞ-ın heç bir rəsmi qurumu tərəfindən təsdiq olunmayıb. Bu sənədlərdəki informasiyalar əsasən casuslar vasitəsi ilə yığılan məlumatlardır. Ancaq unutmamaq lazımdır ki, ABŞ hərbi rəhbərləri dəfələrlə İranı Əfqanistanın daxili işlərinə qarışmaqda Əfqanistanda olan silahlı dəstələrə yardım etməkdə günahlandırıb. İranlı yetkililər dəfələrlə belə ittihamları təkzib edərək bildiriblər ki,  Əfqanistanda heç bir silahlı qüvvəni dəstəkləmir. Ancaq İran ABŞ və Qərb qüvvələrinin Əfqanistanda olmasından narahatlıq duyduğunu da gizlətmir. İran rəsmiləri xarici qüvvələrin Əfqanistanda olmasını bu ölkədəki qeyri-sabitliyin əsas səbəbi kimi qiymətləndirdiklərini bildiriblər. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar