SON XƏBƏRLƏR

Amerikanın nüfuzlu qurumu Vaşinqotonu İrana qarşı müharibəyə səslədi

2021.10.20, 07:36
Amerikanın nüfuzlu qurumu Vaşinqotonu İrana qarşı müharibəyə səslədi

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatlar) nüfuzlu «Bipartizan polisi senter» təşkilatı İranla bağlı təkliflər paketi hazırlayıb.

İstefada olan hərbçilər, kəşfiyyatçı və siyasətçilərdən ibarət qurum üzvləri, Barak Obamaya müraciət edərək, Tehrana qarşı sanksiyaları (təhrim) sərtləşdirmək və hərbi əməliyyatlara hazırlıq görməyi tövsiyyə edirlər.

GünAz TV mətbuat mərkəzinin “Lider TV”-yə istinadən yaydığı məlumata görə, Məruzədə göstərilir ki, Vaşinqton, İran ərazisində kəşfiyyat – təxribat xarakterli (mahiyyətli) fəaliyyətini gücləndirməli, Körfəzə əlavə hərbi gəmilər göndərməli, müttəfiqləri ilə irimiqyaslı hərbi təlimlər keçirməli, bir sözlə müharibəyə hazırlaşmalıdır. «Birləşmiş Ştatlar, İslam Respublikasına (Cümhuriyyətinə) ultimatum verməlidir - Tehran ya könüllü şəkildə nüvə proqramından imtina etməli, ya da hərbi vasitələrlə buna məcbur edilməlidir»- deyə sənəddə bildirilir. Bu arada Birləşmiş Ştatların Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper, hücum baş verəcəyi təqdirdə İranın Birləşmiş Ştatlar ərazisində kütləvi terror aktları (əməlləri) planlaşdırdığını deyib. İsrailin Kəşfiyyat Agentliyi - «Mossad»- ını baş direktoru Tamir Prado isə Birləşmiş Ştatlara gizli səfər edib. İran mətbuatının yazdığına görə burada o, Ağ Ev nümayəndələri, konqresmen və xüsusi xidmət orqanı əməkdaşları ilə görüşüb. Əsasən İran ətrafında müzakirələr aparan Prado, İranın nüvə proqramının deyildiyi qədər də təhlükəli olmadığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar