Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi İranın beynəlxalq humanitar yardımları qəbul edə bilməsi üçün xüsusi maliyyə kanalının təsis edilməsi ilə razılaşıb.
Gunaz.tv
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Kərim Himməti məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında məsələ ilə əlaqədar müzakirələr Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
"Əgər kömək göndərən fiziki və hüquqi şəxslər arasında amerikalı olmasa, ABŞ-ın Maliyyə Nazirliyi yardımların göndərilməsinə qarşı çıxmayacaq", - deyə Himməti əlavə edib.
Rəsmi sonda bildirib ki, artıq bu kanal vasitəsilə "Qızıl Aypara Cəmiyyətinə aid olan" bəzi yardımlar ölkəyə gətirilib.
Qeyd etmək lazımdır ki, ABŞ dəfələrlə İrana tibbi vasitələrin və humanitar yardımların göndərilməsinə qarşı sanksiya qoyulmadığını bəyan edib.
Ə.A