“Amnesty International” Ermənistanı insan haqlarını pozmaqda ittiham edib

2021-04-08 08:33

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı Ermənistanla bağlı 2020−2021-ci illər üzrə məruzəsini təqdim edib.

Gunaz.tv Quote | Gunaz article

Məruzədə bir sıra diqqət çəkən məqamlar yer alıb.

Məruzədə qeyd edilir ki, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət rejimi fikir ifadəsi və sərbəst toplaşma azadlığını məhdudlaşdırıb.

Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyəti ölkədə siyasi həyəcanlara və baş nazirin istefası çağırışlarına gətirib çıxarıb, siyasi böhrana səbəb olub. Noyabrın 12-də baş verən qarışıqlıqlarda iştiraka görə 12 müxalifətçi həbs edilib. Qarışıqlıqlar zamanı baş nazirin iqamətgahı dağıdılıb, parlamentin spikeri qəzəbli kütlə tərəfindən amansızcasına döyüldükdən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, ölkədə hakimiyyət tərəfindən söz verilmiş məhkəmə və antikorrupsiya islahatları dayandırılıb. Bu isə bir sıra fəsadlara yol açıb.

İslahatların gedişinə həmçinin Qarabağ münaqişəsi və pandemiya da təsir edib. Konflikt, pandemiya iqtisadiyyata və səhiyyə sisteminə dağıdıcı təsir göstərib.

Xəstəxanalar və ümumilikdə səhiyyə sektoru yüklənib. Onlar pandemiya və hərbi əməliyyatlar zamanı pasiyentlərin, yaralı hərbçilərin artan sayının öhdəsindən çətinliklə gəlib.

Məruzədə Ermənistanın ikinci Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquqla qadağan edilmiş kassetli bombalardan istifadəsi, Azərbaycanın mülki insanların yaşadığı Bərdə şəhərinin atəşə tutulması qeyd edilib.

Fövqəladə vəziyyət rejimi çərçivəsində 20-dən çox insanın toplaşması və pandemiya haqqında "qeyri-rəsmi informasiya"nın yayılması qadağan olunub. 

Hakimiyyət 20 nəşrə "əhali arasında çaxnaşmanın yayılmasına töhfə" verdikləri məlumatları düzəltməyə və ya silməyə məcbur edib. Yerli və beynəlxalq insan haqları təşkilatlarının sərt tənqidlərindən sonra media məhdudiyyətləri aradan qaldırılıb. (report)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

2021-04-19

gun az article

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

2021-04-19

gun az article

Tehranda mebel sexində yanğın: 6 ölü, 3 yaralı

2021-04-19

gun az article

Gürcüstan DTX: Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub

2021-04-19

gun az article

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

2021-04-19

gun az article

Ağdamın İsmayılbəyli kəndi - VİDEO

2021-04-19

gun az article

Rusiya ordusu Artikada təlimlərə başlayıb

2021-04-19

gun az article

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-04-19

gun az article

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

2021-04-19

gun az article

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

2021-04-19

gun az article

Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19

gun az article

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

2021-04-19

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı-SON STATİSTİKA

2021-04-19

gun az article

Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19

gun az article

Çadda etnik qarşıdurma - Ölənlərin sayı 100-ə çatıb

2021-04-19

gun az article

Epidemioloq: "COVID-ə qarşı peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər enməyə başlayar"

2021-04-19

gun az article

ABŞ-ın investisiya bankı Avropa Super Liqasına 6 milyard dollar ayıracaq

2021-04-19

gun az article

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

2021-04-19

gun az article

Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri ilə görüşüb

2021-04-19

gun az article

İran parlamenti 2 həftəlik tətilə gedir: Səbəb bir qrup deputatın koronavirusa yoluxmasıdır

2021-04-19