"Amnesty İnternational" İranda noyabr etirazlarında tutulanlara verilən işgəncələrlə bağlı hesabat yayıb

2020-09-03 15:08

Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazlarında tutulanlara verilən işgəncə və cinsi zorakılıq halları ilə bağlı hesabat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Şahidlər, qurbanların ailələri, doğruluğu təsdiqlənmiş videolar və insan haqları fəallarının topladıqları etibarlı mənbələr əsasında hazırlanmış sənəddə təşkilat tutulanlar arasında nümayişçilərdən başqa, 10 yaşlı şagirdlər kimi yoldan keçənlərin olduğunu da vurğulayıb. 


"Amnesty İnternational" daha öncəki hesabatlarında etirazlar zamanı  qadın, uşaq və kişilər də daxil olmaqla, azı 304 etirazçının əsasən güllələnərək öldürüldüyünü bildirsə də, bu dəfə rəqəmlərin bundan dəfələrlə çox olduğunu qeyd edib. 

 

Daha çox baxın: 

* Amnesty İnternational: "İran rejimi noyabr etirazları zamanı 23 uşağı qətlə yetirib"

Noyabr etirazlarında tutulan 3 nəfərə 17 il 6 ay həbs cəzası verilib


Hesabatda İranın təhlükəsizlik orqanlarının tutulanlara qarşı suda boğmaq, döymək, şallaq vurmaq, elektrik cərəyanına qoşmaq, cinsiyyət üzvünün üzərinə bibər spreyi səpmək, cinsi təcavüz, təhdid əlaməti olaraq asmaqla edam etməyi nümayiş etdirmək, dırnaqları dibindən çıxartmaq, eləcə də 2 həftəlik, bəzən isə aylarla sürən təkadamlıq kameraya salmaq kimi işgəncə formaları tətbiq ediblər. 

 


Bundan başqa, bildirilir ki, tutulanlar ədalətsiz keçirilən məhkəmə prosesində saxta və əsassız təhlükəsizlik ittihamları ilə uzun müddətli həbs cəzaları alıblar. Belə ki, ibtidai istintaq dövründən etibarən onlara vəkillə təmin olunmaq hüququ verilməməklə yanaşı, saxlanılanlar irəli sürülən ittihamları ağır fiziki və psixoloji işgəncələr nəticəsində qəbul ediblər, bu isə mühakimə prosesinin pozulması və çıxarılan qərarların saxta olmasına dəlalət edir. Bir neçə tutulan isə edam cəzası alıb. 

 

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib


Beynəlxalq Əfv Təşkilatı etirazlar zamanı İran polisi və təhlükəsizlik qüvvələrinin etirazçılardan savayı, yoldan keçən insanları vəhşicəsinə qətlə yetirməsini əks etdirən video və fotoların dünya ictimaiyyətini şoka saldığını qeyd edib. 


"Bundan da pis olan, amma çox az adamın xəbərdar olduğu İranın təhlükəsizlik qüvvələrinin tutulanlar və onların ailələri ilə insanların görmədiyi mühitlərdə zalımcasına davranmasıdır", - deyə "Amnesty İnternational" əlavə edib.


60 tutulan, eləcə də 14 şahid və ya bu sahədə araşdırma etmiş şəxsin dedikləri əsasında hazırlanmış bu hesabatda, həmçinin qeyd edilir ki, İran polisi və təhlükəsizlik qüvvələri mühakimə zamanı hakim və prokurorlarla birlikdə insan haqları sahəsində tükürpədən qanun pozuntuları, işgəncə və cinayətlər törədiblər. 


Qeyd etmək lazımdır ki, "Reuters" agentliyi 2019-cu ilin dekabr ayında yaydığı məlumatda noyabr ayında keçirilmiş etirazlar zamanı İranın təhlükəsizlik qüvvələrinin azı 1500 etirazçını qətlə yetirdiyini bildirmişdi.

 

Reuters: "Xamneyinin göstərişi ilə etirazlarda 1500 nəfər qətlə yetirilib"- Araşdırma- FOTO- VİDEO


İran bu istiqamətdə yayılan bütün hesabat və statistikaları rədd edərək, onları "əsassız" və "qərəzli" adlandırır. Lakin İran rejimi həmin hadisələr zamanı öldürülənlərin dəqiq statistikasını yaymaqdan boyun qaçırır. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb

2021-06-22

gun az article

BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim"

2021-06-22

gun az article

Ned Prays: “Nüvə sazişinin dirçəldilməsindən sonra İranla daha əhatəli məsələlərlə məşğul olacağıq”

2021-06-22

gun az article

Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyəti yaradılacaq

2021-06-22

gun az article

Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, 47 nəfər yoluxub, ölən olmayıb

2021-06-22

gun az article

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması rəsmən təsdiqləndi

2021-06-22

gun az article

Yaponiya və ABŞ birgə hərbi təlim keçirəcək

2021-06-22

gun az article

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib

2021-06-22

gun az article

Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

2021-06-22

gun az article

General: "NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir"

2021-06-22

gun az article

Əlillik ala bilməyən qazilərə maddi yardım edilsin - Deputatdan təklif

2021-06-22

gun az article

Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

2021-06-22

gun az article

Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb

2021-06-22

gun az article

Cozep Borrel: “Ümid edirik ki, İbrahim Rəisinin prezident seçilməsinin nüvə danışıqlarına mənfi təsiri olmayacaq”

2021-06-22

gun az article

İran “yumşalır”?- “Yeni prezidentin digər xalqlara münasibəti sərt olacaq”-Politoloq

2021-06-22

gun az article

Deputatlar Şuşa Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirir

2021-06-22

gun az article

Ağ Ev: “ABŞ prezidentinin İranın yeni rəhbəri ilə görüşmək niyyəti yoxdur”

2021-06-22

gun az article

Hikmət Hacıyev Qarabağ qaziləri ilə: "Əziz qardaşlar, haqqınızı bizə halal edin!"

2021-06-22

gun az article

Avstraliyada ermənilərin təxribatının qarşısı alınıb

2021-06-22

gun az article

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

2021-06-22