SON XƏBƏRLƏR

“Amnesty İnternational” İranla bağlı BMT-yə müraciət edib

2021.10.20, 07:36
“Amnesty İnternational” İranla bağlı BMT-yə müraciət edib

Gunaz.tv

GünAz TV: “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) İranla bağlı BMT Baş Assambleyasına (Birləşmiş Millətlər Təşkilatının Gənəl Qurumu) müraciət ünvanlayıb.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, müraciətdə İranda insan hüquqlarının pozulması məsələsinin yenidən BMT Baş Assambleyasının gündəliyinə salınması xahiş olunur.

 

Məktubda 2005-ci ildən İran hökumətinin beynəlxalq təşkilatlarla əməkdaşlıqdan boyun qaçırdığı vurğulanaraq ölkədə insan haqları sahəsində vəziyyətin nəzarətdə saxlanılması və durumu yerində araşdırmaq üçün təftiş missiyası (görəv) göndərilməsi xahiş edilib.

 

Qeyd edək ki, BMT baş katibi Pan Ki Mun öz hesabatında İranda təqib və təzyiqlərin, həbslərin, işgəncələrin davam etdiyini bildirib. BMT-nin İran üzrə xüsusi məruzəçisi Əhməd Şəhid isə son hesabatında ilin əvvəlindən sentyabr (September) ayınadək bu ölkədə 500 nəfərin edam olunduğunu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar